NDU-da beynəlxalq konfrans
Tarix: 23.05.2014 | Saat: 21:38:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində “Baytarlıq təbabəti və ərzaq təhlükəsizliyi: problemlər və perspektivlər” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Naxçıvan Dövlət Universitetinin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov konfransı açaraq, aqrar sahədə əldə olunan nailiyyətlərdən, kənd təsərrüfatı mülkiyyətçilərinə göstərilən güzəştli yardımların miqyasının artmasından, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb. Rektor, müvafiq sahədə yerli ixtisaslı kadr potensialının hazırlanmasında Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti, muxtar respublikadakı istehsal müəssisələri ilə əməkdaşlığın inkişafının mühüm əhəmiyyətə malik olduğunu bildirib. Baytarlıq təbabəti və ərzaq təhlükəsizliyinin problemləri və perspektivlərindən danışan rektor Saleh Məhərrəmovun “Parazitofaunanın formalaşmasına təsir edən amillər” mövzusunda məruzəsi dinlənilib.
Beynəlxalq konfransda çıxış edən, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev müstəqil Azərbaycanın sosial-iqtisadi tərəqqisi, muxtar respublikada aparılan aqrar islahatlar barədə ətraflı məlumat verib.
Qars Qafqaz Universitetinin Cərrahiyyə kafedrasının professoru İsa Özaydın, Azərbaycan Elmi – Tədqiqat Baytarlıq İnstitutunun direktoru Səhman Bayramov, Naxçıvan Elmi – Tədqiqat Baytarlıq Mərkəzinin direktoru Qadir Fərhadov çıxışlarında baytarlığın inkişafının prioritet istiqamətləri, dövlətin iqtisadi strategiyası, ekoloji təhlükəsizlik, əhalinin ərzaq təminatı və qida sağlamlığı, yerli sahibkarlığın və məhsuldarlığın inkişafının əhəmiyyətindən danışılıb, kadr çatışmazlığının aradan qaldırılması ilə bağlı təkliflər səsləndirilib.
Konfrans öz işini “Baytar həkimlərinin ərzaq təhlükəsizliyində rolu”, “Naxçıvan Muxtar Respublikasında və ətraf zonalarda heyvanlarda yayılan əsas təhlükəli xəstəliklər və onlara qarşı mübarizə tədbirləri” mövzularına həsr olunmuş bölmə iclaslarında davam etdirib. Qeyd edək ki, konfrans iki gün davam edəcək.
Mina Qasımova NDU-nun Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info