İqtisad Universitetində “Məzun-2014” əmək yarmarkası keçirilib
Tarix: 23.05.2014 | Saat: 21:49:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Gənclər və İdman, Təhsil, İqtisadiyyat və Sənaye nazirliklərinin birgə dəstəyi ilə IX “Məzun-2014” əmək yarmarkası keçirilib.
Yarmarka Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına və 2014-cü ilin ölkəmizdə “Sənaye ili” elan edilməsinə əsasən təşkil olunub.
Təhsil naziri Mikayıl Cabbarov, iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov, gənclər və idman nazirinin müavini İntiqam Babayev və ADİU-nun rektoru Ədalət Muradov yarmarkada iştirak edən dövlət və özəl qurumların stendlərinə baxış keçirib, tədbirin işinə uğurlar arzulayıblar.
ADİU-nun rektoru, professor Ədalət Muradov jurnalistlərə müsahibəsində bildirib ki, yarmarkada 100-dən çox dövlət qurumu, sənaye müəssisəsi, bank, yerli və xarici şirkət gənclərə minə yaxın vakant iş yerlərini təqdim edib. Gün ərzində yarmarkada ölkəmizdə və xaricdə təhsil almış 2500-dək məzun iştirak edib. Tədbirə, ümumilikdə, 12 ölkənin (ABŞ, Türkiyə, Rusiya, Kanada, Böyük Britaniya, Almaniya, Avstriya, Estoniya, Litva, Bolqarıstan, Ukrayna, Gürcüstan) 67 universitetinin məzunu qatılıb. Bu, yarmarkanın tarixində qeydə alınan rekord göstəricidir.
Rektor, həmçinin qeyd edib ki, “Məzun-2014” əmək yarmarkasının məqsədi tələbələrin hazırlığı prosesində tədrislə istehsalat arasında sıx əlaqələrin yaradılması və ali təhsil müəssisələrində təhsil alan, eləcə də məzun olmuş gənclərin məşğulluq probleminin həllinə kömək göstərilməsidir.
Tədbir çərçivəsində şagirdlərin gələcək seçimlərində iqtisadyönümlü ixtisaslara maraqlarını artırmaq məqsədilə Bakının 132-134 nömrəli təhsil kompleksinin XI sinif şagirdlərinin yarmarka ilə tanışlığı təşkil olunub.
Həmçinin ADİU-nun tələbə-gənclər təşkilatının və “Damla” Aztəminatlı Ailələrə Qayğı İctimai Birliyinin birgə təşkilatçılığı ilə yarmarkada valideyn himayəsindən məhrum olmuş, xüsusi diqqət və qayğıya ehtiyacı olan yeniyetmələrin hazırladıqları rəsm və tətbiqi sənət işlərindən ibarət satış-sərgisi də təşkil olunub. Sərgidə satılan əl işlərindən yığılan vəsait ehtiyacı olan şəxslərə veriləcək.
Bundan əlavə, yarmarkanın gedişində yerli sənaye və istehlak məhsullarının sərgisi nümayiş olunub. Həmçinin şirkətlər tələbə və məzunlar üçün müxtəlif tipli uduşlu lotereyalar, hədiyyəli kampaniyalar, maraqlı müsabiqələr, mükafatlandırma və tanıtım aksiyalarını təşkil ediblər.
Yarmarka çərçivəsində işəgötürənlər məzunlara müxtəlif ixtisaslar üzrə vakant iş yerləri, stajkeçmə, təqaüd və təcrübə proqramları da təklif ediblər. Burada məzunların dövlət və biznes strukturlarının nümayəndələri ilə görüşləri təşkil olunaraq, ən qabiliyyətli və perspektivli məzunlar daimi və müvəqqəti iş yerləri ilə təmin ediliblər.
Tədbirin sonunda müraciət edən bütün məzunların CV-ləri dövlət qurumlarına və özəl şirkətlərə təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info