Gəncə və Sumqayıtda tələbə və məzunlara 500-dən artıq boş iş yeri təqdim edildi
Tarix: 23.05.2014 | Saat: 21:53:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə «Karyerada ilk addım» devizi altında növbəti aktiv məşğulluq tədbirlərini mayın 23-də Sumqayıt və Gəncə şəhərlərində davam etdirib.
Sumqayıt Dövlət Universitetində keçirilən aktiv məşğulluq tədbirində 3-ü dövlət, 26-ı qeyri-dövlət sektoruna aid ümumilikdə 29 müəssisə iştirak edib. Onların sırasında Sumqayıt Texnologiyalar Parkı, «Gilan Tekstil Park», “Bismak” Qida-Sənaye Kompleksi, BASF Kimya Şirkəti, “İntertextile” ASC, “Azərsun” Holdinqin Azərbaycan kagız və karton istehsalı kombinatı, “Mətanət-A” Şirkəti, “Azbentonit” MMC və digər iri şirkətlər də olub. Tədbir zamanı universitetdə tədris edilən ixtisaslara uyğun 192 boş (vakant) iş yeri tələbə və məzunlara təklif olunub. Onlardan 79-u sənaye, 54-ü xidmət, 23-ü tədris, qalanları isə digər sahələrə aiddir. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə layihəsi çərçivəsində gənclərdə əmək bazarına daxil olmaq və karyera qurmaq bacarıqları formalaşdıran “SYSLAB” Sumqayıt Mərkəzi də tədbirdə iştirak edib.
Gəncə şəhərində Azərbaycan Texnologiya Universiteti və Gəncə Dövlət Universitetinin tələbə və məzunları üçün təşkil edilən aktiv məşğulluq tədbirində isə 16-ı qeyri-dövlət sektoruna aid 53 müəssisə tərəfindən 350 boş (vakant) iş yeri təqdim olunub. Hər iki tədbirdə boş iş yerlərinə göndərişlər verilməklə yanaşı, peşə hazırlığına cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılıb, yay tətili zamanı müvəqqəti və mövsümi xarakterli işlərdə çalışmaq istəyən tələbələr üçün Əmək Birjasının fəaliyyəti təşkil olunub.
Tədbirlər zamanı tələbə və məzunlar mövcud əmək bazarı, müəssisə, idarə və təşkilatlarda onların ixtisaslarına olan tələbat barədə məlumatlanıblar. Onlar işəgötürənlərlə bilavasitə qarşılıqlı ünsiyyət imkanı əldə edib, gələcəkdə işə qəbul olunmaq istədikləri müəssisələrin nümayəndələrinə özləri barədə şəxsi məlumatları (CV) təqdim ediblər. İşəgötürənlər isə bu tədbirlər vasitəsilə qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılması imkanı qazanıblar.
Cari ilin aprel-may aylarında artıq “Odlar Yurdu” Universitetində, Azərbaycan Texniki Universitetində (Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə və məzunlarının iştirakı ilə), Qafqaz Universitetində belə tədbirlər keçirilib və ümumilikdə 511 nəfərə boş iş yerlərinə göndəriş verilib, 113 nəfər peşə hazırlığına cəlb edilmələri üçün qeydiyyata alınıb, işəgötürənlər tərəfindən gələcəkdə kadr seçiminin aparılması üçün 1842 nəfər tələbə və məzundan CV-lər qəbul edilib. Gənclərin əmək bazarına çıxışının dəstəklənməsinə və səmərəli məşğulluğunun təminatına xidmət edən aktiv məşğulluq tədbirlər davam etdiriləcək.

İlkin




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info