Peşə kursunu bitirən daha bir qrup əlilliyi olan şəxsə şəhadətnamələr verilib
Tarix: 23.05.2014 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya mərkəzində peşə hazırlığı kurslarını bitirən bir qrup əlilliyi olan şəxsin buraxılış imtahanı olub. Mərkəzdə kompyuter istifadəçisi, dərzi, bərbər, toxuculuq və s. peşələr üzrə təşkil olunan hazırlıq kursunu başa vurmuş şəxslərə imtahan komissiyasının qərarına əsasən müvafiq şəhadətnamələr təqdim edilib.
Kursları bitirənlərdən 3 nəfərin təlim keçdikləri peşə ilə bağlı bacarıqlara tam yiyələnə bilməmələri səbəbindən onların hazırlıq kursunun bir ay uzadılması qərara alınıb. Dərzilik kursunu bitirən 2 nəfərin isə əvvəllər təlim kursları uzadılsa da, bu peşəni normal səviyyədə mənimsəmək üçün qavrama qabiliyyətlərinin yetərli olmadığı müəyyən edilib və onlara kursu bitirmə barədə arayışlar verilib.
Son bir ayda mərkəzdə peşə hazırlıq kurslarını bitirmiş 41 nəfər əlilliyi olan şəxsə şəhadətnamələr verilib və onların yiyələndikləri peşələr üzrə qısa müddətdə işlə təmin olunması üçün yaşadıqları ərazi üzrə məşğulluq orqanlarına müraciətlər göndərilib. Hazırda mərkəzdə 85 nəfər əlilliyi olan şəxs 10 peşə üzrə təlim keçir. Peşə hazırlığına cəlb olunmuş sağlamlıq imkanları məhdud gənclər burada yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təmin olunurlar.


İlkin





 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info