Dəniz suyundan hidrogen alınması üçün tədqiqata start verilib
Tarix: 23.05.2014 | Saat: 22:10:00 | E-mail | Çapa göndər


Qafqaz Universitetinin Mühəndislik fakültəsinin kimya mühəndisliyi bölməsində dəniz suyundan hidrogen əldə etmək üçün geniş miqyaslı tədqiqat işlərinə strat verilib. Artıq 3 tələbə, 3 müəllim və 1 mühəndisdən təşkil olunmuş təqdiqat qrupu intensiv olaraq bu işlə bağlı fəaliyyət göstərirlər. Təkmil pilot bir cihaz qurulmuş və müvəffəqiyyətlə istifadəyə verilib. Bu cihazın reaktor qismində altı ədəd elektrod quraşdırlıb və bu elektrodlarda anod tamamilə izolasiya edilib. Katod və anod arasındakı keçiricilik membran vasitəsilə təmin edilir. Membran kimi Azərbaycanın təbii mineral ehtiyatlarından istifadə edilib. Hal-hazırda tədqiqatlar zaman keçdikcə dəniz suyunda olan xlorid miqdarının neçə dəyişdiyini öyərənmək istiqamətində davam edir. Gələcəkdə alınmış yanacağın enerji dəyərini ölçmək üçün qaz kalorimetri və qaz xromotoqrafiya cihazi ilə yanacaqda olan qaz qarışığının hansı komponentlərdən təşkil olunduğunu öyrənmə istiqamətində davam etdiriləcəyi planlaşdırılıb. Az enerji sərf etməklə suyun effektiv parçalanması əsrlər boyu elm adamlarının diqqətini cəlb edən məsələlərdən biridir. Sudan hidrogen və oksigenin alınması uçun bir çox elektrokimyəvi və fotokimyəvi metodlar tətbiq edilir. Sual oluna bilər ki, niyə hidrogen əldə etmək bu qədər maraq doğurur? Hidrogenin digər yanacaq növlərindən nə kimi üstünlükləri var? Hidrogenin enerji dəyəri digər yanacaq növləri ilə müqayisə etdikdə çoxdur. Məsələn, benzinin 1 qramında təqribi olaraq 40 kC hidrogenin 1 qramından isə 122 kC enerji əldə etmək mümkündür. Planetimizin səthinin 70%- su ilə örtülüdür. Yer kürəsində olan su ehtiyatlarının yalnız 2.5%-ini şirin su təşkil edir. Yerdə qalan su qaynağlarına dəniz, okean və buzluqların tərkibində olan sular daxildir. Suyun tərkibində hidrogenin varlığı və onu parçalamaqla hidrogen əldə etməyin mümkünlüyü, karbohidrogen yanacağının alternativi və daha çox üstünlüklərə malik olan hidrogen yanacağının istifadəsi məsələsini aktuallaşdırır. Karbohidrogen mənbələri su ilə müqayisədə həddən artıq azlıq təşkil edir. Bundan başqa onun yeraltı mənbələrdən çıxarılması və emal edilməsi artıq miqdarda enerji tələb edir. Esas problemlərdən biri də karbohidrogen yanacağı yandıqdan sonra meydana çıxan yanma məhsullarının canlı orqanizmlər üçün çox təhlükəli olmasıdır. Məlumdur ki, günb gün maşınların və istilik elektrik stansıyalarının miqdarı artır və bunlar da karbon qazının atmosferdəki miqdarını artırır. Bu da qlobal isinməyə və dəniz, okean sularının turşuluq dəyərinin artmasına gətirib çıxarır. İnsan populyasiyasının sürətlə artımı yaxın gələcəkdə təbii karbohidrogen ehtiyatlarının (təbii qaz, neft, torf) ciddi şəkildə azalmasına və tükənməsinə səbəb ola bilər. Ona görə də elm adamları bu problemin qısa zamanda həll olması isitiqamətində fəaliyyətlər göstərirlər. Bunun üçün effektiv vasitələrdən biri dəniz və okean sularını istifadə etməklə hidrogen yanacağı əldə etmək ola bilər. Çunki hidrogen yandıqda yanma məhsulu olaraq su çıxır və bunun da canlı orqanizmlər üçün təhlükəsi yoxdur.

İlkin




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info