Səttar Mehbalıyev Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezitenti seçilib
Tarix: 23.05.2014 | Saat: 22:40:00 | E-mail | Çapa göndər


2014-cü il mayın 18-dən 23-dək Almaniyanın Berlin şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) 3-cü qurultayı keçirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) verilən məlumata görə, qurultayın açılış mərasimində BHİK-in prezidenti Jau Felisio, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer, Birləşmiş Millətlər Təşkilatını təmsil edən BMT-nin İnkişaf Proqramının administratoru Helen Klark və digərləri çıxış ediblər.
Qurultayda həmkarlar ittifaqları üzvlərinin sayının artırılması çərçivəsində korparativ strategiyalar, regional məqsədlər, milli strateji kampaniyalar, qeyri-formal sektor və gənclər mövzusunda məsələlər, dayanıqlı iş yerləri, davamlı gəlir və sosial yardım çərçivəsində məşğulluq, kollektiv danışıqlar, sosial müdafiə, pensiya gəlirləri, əmək fəaliyyətində qadınların rolu, hüquqların reallaşdırılması çərçivəsində risk zonasında yerləşən ölkələr üçün BHİK-in proqramı, əməkçi miqrantların və yerli millətlərin təşkilatlandırılması, qadınlara qarşı zorakılıq, əməyin mühafizəsi məqsədilə təşkilatlanma, qeyri-standart məşğulluq və digər məsələlər müzakirə olunub.
Qurultayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinin rəhbəri, AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyev məruzə ilə çıxış edib.
Qurultayın yekununda 161 ölkədən 178 milyon üzvü birləşdirən Beynəlxalq Həmkarlar İttifaqları Konfedrasiyasının rəhbər orqanları seçilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri S.Mehbalıyev qurultayda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezitenti seçilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Artıq sarı zolaqlar qüvvədə - Bu yollarda diqqətli olun!
20.07.2019
Gürcüstan hökuməti Azərbaycan şirkətləri ilə əməkdaşlığa hazırlaşır
19.07.2019
Şəki və Oğuzda tikmə sənətinə maraq göstərən xanımlara ustad dərsləri verilib
19.07.2019
Jurnalistlər üçün Apifioterapiya mərkəzində pulsuz müayinə
19.07.2019
Azərbaycanda yeni internet televiziya yaradılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info