Luqansk vilayətində toqquşmalar davam edir
Tarix: 24.05.2014 | Saat: 02:31:00 | E-mail | Çapa göndər


Ukraynanın şərqində aparılan antiterror əməliyyatları nəticəsində 20-yə yaxın şəxs öldürülüb, 30-a yaxını yaralanıb.
Bu barədə özünün “Facebook” səhifəsində antiterror əməliyyatı haqda məlumatlandırma üzrə operativ qrupun rəhbəri Vladislav Seleznyov açıqlama yayıb. V. Seleznyov Luqansk vilayətinin Rubejnoye şəhəri yaxınlığında yerli separatçılar və Rusiyadan gəlmiş muzdlulardan ibarət silahlı dəstənin zərərsizləşdirildiyini açıqlayıb: “Silahlı qrupun itkiləri 20-yə yaxın ölü və 30-a yaxın yaralıdan ibarətdir. Təəssüf ki, Ukrayna tərəfi də itki verib. Əməliyyat zamanı bizim 2 hərbçimiz həlak olub, 7-si yaralanıb”. Qeyd edək ki, son günlər Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətləri ərazisində separatçı qruplarla hökumət qüvvələri arasında toqquşmalar daha da intensivləşib. Mayın 22-də Donetsk vilayətinin Volnovaxa şəhəri ətrafında düşərgə quran Ukrayna Silahlı Qüvvələrinin motoatıcı dəstəsinə hücum nəticəsində 16 Ukrayna hərbçisi həlak olub. Bu arada Donetsk vilayətində könüllülərdən ibarət “Donbass” batalyonu mühasirədən çıxa bilib. Ukrayna mətbuatının verdiyi məlumata görə, batalyon Ukrayna ordusunun blokpostu yaxınlığında mövqe tutub. Qeyd edək ki, səhər saatlarında batalyonun Karlovka kəndi yaxınlığında pusquya düşdüyü və nəticədə 9 nəfərin yaralandığı haqda məlumat yayılıb. Batalyonun komandiri ordu rəhbərliyinə yardım haqda müraciət etdiklərini, lakin bu müraciətin cavabsız qaldığını bildirib. Öz növbəsində Ukrayna ordusunun rəhbərliyi könüllülərin xahişinə reaksiya verdiyini bəyan edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info