İstanbulda toqquşma olub
Tarix: 24.05.2014 | Saat: 02:37:00 | E-mail | Çapa göndər


İstanbulun 3 rayonunda etirazçılarla polis arasında toqquşmalar baş verib. Əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində 7 polis əməkdaşı, 2 yerli sakin yaralanıb, 1 nəfər ölüb. İğtişaşlar axşam saatlarında İstanbulun Okmeydanı, Sultanqazi və Sancaqtepe rayonlarında baş verib.
Aksiyalar istanbullu Uğur Kurtun ölümünə etiraz əlaməti olaraq keçirilib. Qeyd edək ki, U.Kurt səhər saatlarında polislə qarşıdurma zamanı başından ağır xəsarət alıb və axşam saatlarında xəstəxanada keçinib. Aksiya keçirilən ərazilərə xüsusi təyinatlı polis dəstələri cəlb olunub. Etirazçılar küçələrdə zibil qutuları vasitəsi ilə barrikadalar quraraq, asayiş keşikçilərinə daş, fişəng və yandırıcı maye ilə doldurulmuş şüşə qabları atıblar. “CNN Türk”ün məlumatına görə, etirazçılardan birinin aksiyaya gətirdiyi əldəqayırma partlayıcı qurğu polis əməkdaşlarının yanında işə salınıb. Yaralanan yerli sakinlərdən birini baş nahiyəsindən ağır xəsarət alıb.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
100 mühafizəkar Tereza Meyi Brexiti təxirə salmağa məcbur etmək istəyir
22.02.2019
Ukraynada modernləşdirilmiş raket sistemləri uğurla sınaqdan keçirilib
22.02.2019
Pompeo: “Huawei“dən istifadə edən heç bir ölkə ilə əməkdaşlıq etməyəcəyik“
22.02.2019
Hindistanda donuz qripi sürətlə yayılır
22.02.2019
ABŞ-da yeni qırıcı təyyarə təqdim edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info