Tailandlı general özünü baş nazir elan edib
Tarix: 24.05.2014 | Saat: 02:39:00 | E-mail | Çapa göndər


Tailandda asayişi bərpa etmək məqsədi ilə hərbi çevriliş olduğunu elan edən quru qoşunların baş komandanı, general Prayut Çan-Oça ölkə hökumətinin başçısı vəzifələrinin icrasını öz üzərinə götürüb.
Generalın “inzibati məqsədlərlə” hökumətin başçısı vəzifələrini müvəqqəti icra edən vəzifəsinə təyin edilməsi hərbçilərin yaratdıqları “Sülhün və asayişin təmin olunması üzrə Milli Şura”nın onuncu dekretində göstərilib. Ordunun fikrincə, fəaliyyətdə olan Baş nazir qanunların icrasının qarantıdır. Tailand hərbi hökumətinin nümayəndəsi televiziya ilə elan edib ki, hərbi hökumət xarici dövlətlərin bu ölkədə akkreditə olunmuş səfirlərini və beynəlxalq təşkilatların nümayəndələrini ordu rəhbərliyi ilə görüşə dəvət edib. P.Çan-Oça daha əvvəl müxtəlif siyasi qüvvələrin 114 tanınmış xadimini də ölkədəki vəziyyəti müzakirə etmək üçün görüşə dəvət etmişdi. Onların nə dərəcədə könüllü iştirak edəcəkləri hələlik məlum deyil. Bircə məsələ aydındır ki, devrilmiş baş nazir Yinqlak Çinavat və onun kabinetinin üzvləri də görüşə dəvət olunublar. General P.Çan-Oça televiziya ilə xalqa müraciətində deyib: “Tailand Silahlı Qüvvələri ölkədə sülhü və əmin-amanlığı təmin etmək üçün xoş niyyət nümayiş etdirib, hökumətin funksiyalarını öz üzərinə götürür”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Şri-Lankada törədilən terror aktlarında həlak olan xarici ölkə vətəndaşları
23.04.2019
Kanadada Hous Pik zirvəsində həlak olan 3 alpinistin cəsədləri tapılıb
22.04.2019
Dmitri Peskov: Putinin Zelenski ilə əməkdaşlığından danışmaq hələ tezdir
22.04.2019
“Aeroflot” Böyük Vətən Müharibəsi veteranlarına pulsuz aviabilet verəcək
22.04.2019
Şri-Lankada daha bir partlayış törədilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info