“TAP, TANAP, AGRİ kimi birgə layihələr təbliğ olunmalıdır”
Tarix: 24.05.2014 | Saat: 02:40:00 | E-mail | Çapa göndər


Rumıniya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri Yulian Yanku bildirib ki, Rumıniya ilə Azərbaycan arasındakı əlaqələr yalnız diplomatik əlaqələr deyil, dostluq əlaqələridir:
“Xalqlarımız arasında güclü dostluq, qarşılıqlı hörmət hissləri mövcuddur. Bu hisslərin kökü qədim tarixdən, 1472-ci ildə Rumıniya hökmdarı Ştefan Cel Marenin dövründən başlayıb. O zamandan bəri davam edən və qarşılıqlı dəstəklənən tarixi əlaqələr bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Eyni zamanda, bizim böyük məsuliyyətimiz də var. İqtisadi böhran, Xəzər və Qara dənizləri hövzəsindəki problemlər fəaliyyətimizi sülhün, ədalətin, həqiqətin, insan dəyərlərinə, ətraf mühitə sevgi istiqamətində yönəltməyimizi tələb edir”. O, qeyd edib ki, strateji tərəfdaşlıq bir çox sahələri əhatə edir: “Burada biz həm mədəni, həm də iqtisadi əlaqələrin inkişafından danışa bilərik. Xüsusilə mədəniyyət və xeyriyyəçilik sahəsində Heydər Əliyev Fondunun Rumıniyadakı çoxşaxəli fəaliyyəti iki xalq arasında olan əlaqələri daha da möhkəmləndirir, dost Azərbaycanın Rumıniyanın hər zaman yanında olduğunu göstərir. Rumıniya Mədəniyyət İnstitutu ilə fond arasında imzalanmış saziş isə mədəni sahədə birgə layihələrin reallaşmasına, iki xalqı bir-birini daha da yaxından tanımasına xidmət edir. Mədəni əlaqələr sahəsində bir çox layihələrin reallaşdırılması ilə istənilən nəticələri əldə edə bilərik. Bu baxımdan Rumıniya Mədəniyyət İnstitutunun Azərbaycanda nümayəndəliyinin, Bakıda və Buxarestdə mədəni-bədii mərkəzlərin açılmasının, gənclər üçün təhsil layihələrinin təşkil edilməsinin, texniki, musiqi, ədəbi, bədii və digər sahələrdə təqaüdlərin verilməsinin mühüm faydası ola bilər. İqtisadi sahədə isə Dünya Enerji Şurasının Rumıniya Milli Komitəsi ilə bağlanmış sazişi qeyd etmək istərdim. Strateji tərəfdaşlıq əlaqələrinin enerji sahəsini xüsusilə vurğulamaq istərdim. Rusiya ilə Ukrayna arasında baş vermiş hadisələr enerji sahəsinin ölkələrin təhlükəsizliyi və iqtisadi inkişaf üçün nə qədər mühüm olduğunu göstərdi. Ona görə də, TAP, TANAP, AGRİ kimi birgə layihələr prioritet sahələr kimi təbliğ olunmalıdır. Eyni zamanda, bu böhran enerji sahəsində ümumi siyasətə, təhlükəsizlik tədbirlərinə yenidən baxılmasının zəruriliyini göstərir. Bu baxımdan, neft, qaz məhsullarının, enerjinin saxlanması, “Romqaz”, “Chevron”, “Exxon”, OMV kimi şirkətlərlə bir yerdə təbii qazın quruda və dənizdə çıxarılması və istehsalı kimi layihələrə Azərbaycan şirkətlərinin birbaşa sərmayə yatırması mühüm rol oynaya bilər. Həmçinin elektrik enerjisi, təbii qaz, neft nəqli sistemlərinin əlaqələndirilməsini inkişaf etdirmək kimi layihələr çox mühümdür. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti kimi Azərbaycan şirkətləri üçün neft məhsullarının satış bazarının inkişafı kimya və neft-kimya məhsulları sahəsinə sərmayələrin qoyulması ilə müşayiət olunmalıdır”.
Yulian Yanku deyib ki, Rusiya-Ukrayna münaqişəsi nəticəsində yaranmış etimadsızlıq mühitinə görə “Şahdəniz-2”, TAP layihələrini Rumıniya üçün fürsət kimi qiymətləndirir: “Düşünürəm ki, bunlar Azərbaycan ilə Rumıniya arasında olan fəaliyyət planının prioritet layihələri kimi təbliğ olunmalıdır. Gördüyünüz kimi, bizi ahəngdar, ənənəvi tarixi münasibətlər birləşdirir ki, bu da layihələrin reallaşmasına fürsət yaradır”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info