Məşhur iş adamı Ukrayna Prezidenti seçildi
Tarix: 26.05.2014 | Saat: 15:29:00 | E-mail | Çapa göndər


İlkin məlumatlara əsasən mayın 25-də Ukraynada keçirilən növbədənkənar prezident seçkilərində Ali Radanın üzvü, məşhur iş adamı, “Roshen” qənnadı korporasiyasının sahibi Pyotr Poroşenko qalib gəlib. Ukrayna Mərkəzi Seçki Komissiyası artıq bülletenlərin 33,2%-ni hesablayıb. P. Poroşenko 54,08%, onun ən ciddi rəqibi, “Batkivşina” (Vətən) Partiyasının lideri Yuliya Timoşenko 13,12%, millətçi Radikal Partiyasının lideri Oleq Lyaşko 8,4%, Yuşşenkonun prezidentliyi dövründə müdafiə naziri vəzifəsini tutmuş Anatoli Qritsenko 5,51%, Regionlar Partiyasının üzvü, namizədliyini özü irəli sürmüş Sergey Tigipko 5,08%, Regionlar Partiyasının rəsmi namizədi Mixail Dobkin 3,32%, Vadim Rabinoviç 2,2% səs toplayıb. Digər namizədlər 2 faizdən az səs alıb.
“Exit-poll”un nəticələrinə görə isə P. Poroşenko 55,7% səs alaraq prezident seçilib. Y. Timoşenko 12,8%, O. Lyaşko 8,1%, A. Qritsenko 6,3%, S. Tigipko 4,8% səs yığıblar.
MSK ilkin informasiyalar əsasında səsvermədə 60,27% seçicinin iştirak etdiyini açıqlayıb. Silahlı separatçı və terrorçuların aktiv olduğu və əksər məntəqələrin fəaliyyət göstərə bilmədiyi Donetsk və Luqansk vilayətlərində ən aşağı faiz qeydə alınıb. Ölkənin qərbindəki Lvov, Ternopol və İvano-Franskovsk vilayətlərində ən yüksək seçici fəallığı müşahidə olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi
14.11.2018
Türkmənistan qazı TAPI boru kəməri ilə iki il ərzində Pakistana çatdırılacaq
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info