“Şərqi Ukraynanın bəzi hissələrində bir çox mərd ukraynalı səs verə bilib”
Tarix: 26.05.2014 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


ABŞ prezidenti Barak Obama Ukraynada keçirilən prezident seçkiləri başa çatan kimi bəyanatla çıxış edib.
Ağ Evin yaydığı bəyanatda B. Obama prezident seçkilərində səs verən Ukrayna xalqını bütün amerikalıları adından təbrik edib:
“Təxribat və zorakılıqlara baxmayaraq, milyonlarla ukraynalı bütün ölkə üzrə seçki məntəqələrinə gəlib. Hətta Rusiyanın dəstəklədiyi separatçı qrupların bütöv regionları vətəndaş hüquqlarından məhrum etməyə cəhd göstərdiyi şərqi Ukraynanın bəzi hissələrində bir çox mərd ukraynalı səs verə bilib. Bu seçkilər Ukrayna hökumətinin öz vətəndaşlarını cəlb etməklə ölkəni birləşdirmək səylərində daha bir vacib addım oldu. Birləşmiş Ştatlar vacib siyasi və iqtisadi islahatların keçirilməsində Ukraynaya dəstək olmaq üçün yeni prezidentlə, eləcə də demokratik yolla seçilmiş parlamentlə birgə işi səbirsizliklə gözləyir. Biz Ukraynanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləməyə davam edərək Rusiyanın Krımın ilhaqı istiqamətində siyasətini rədd edirik və problemin dinc yolla həllini tapmaq üçün həm Ukrayna, həm də digər tərəfdaşlarımızla birgə çalışmağı özümüzə borc bilirik”.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır
10.11.2018
Lionda Azərbaycan-Fransa Dialoq Assosiasiyasının təqdimatı olub

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info