Sərnişin qatarlarının hərəkət cədvəlində bəzi dəyişikliklər ediləcək
Tarix: 26.05.2014 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


2014-2015-ci illər üçün hərəkət cədvəlinə keçidlə bağlı, 1 iyun 2014-cü ildən etibarən "Azərbaycan Dəmir Yolları" QSC-nin respublikadan kənara hərəkət edən sərnişin qatarlarının hərəkət cədvəlində bəzi dəyişikliklər ediləcəkdir.
"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, 55/56 və 95/96 saylı Bakı-Moskva sürət qatarlarının yola düşmə, çatma vaxtları və Bakıdan yola düşmə günləri dəyişdirilir. 55/56 saylı Bakı-Moskva-Bakı sürət qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nə məxsus heyətlə Bakıdan həftənin IV günləri və 95/96 saylı Moskva-Bakı-Moskva sürət qatarı "Rusiya Dəmir Yolları" ASC-yə məxsus heyətlə Bakıdan həftənin II və VI günləri saat 0.30-da yola düşəcəklər.
Qatar Moskvaya saat 4.15-də çatacaq və saat 20.20-də Moskvadan yola düşəcək. 55/56 №-li Bakı-Moskva-Bakı sürət qatarı Bakıya çatma vaxtı həftənin II günləri saat 6.00-da, 95/96 saylı Bakı-Moskva sürət qatarı isə qatar həftənin I və V günlərin saat 6.00-da çatacaq.
369/370 saylı Bakı-Xarkov sərnişin qatarı ("ADY" QSC) qatarı ayın tarixləri ilə saat 21.50-də Bakıdan yola düşəcək, Bakıya isə saat 3.50-də çatacaqdır. Hər iki istiqamətdə müvəqqəti olaraq 369/370 Bakı-Xarkov-Bakı sərnişin qatarının marşrutu dəyişdirilmişdir.
Bununla əlaqədar olaraq, ləğv olunanadək Qorlovka, Konstantinovka, Kramatorsk, Slavyanskiy Kurort, Krasnıy Liman, Bukino stansiyalarına bilet satışı dayandırılır. Bilet satışı İlovaysk stansiyasından sonra yalnız Xarkov-sərnişin stansiyasına aparılacaq.
373/374 saylı Bakı-Tümen sərnişin qatarının ("Rusiya Dəmir Yolları" ASC) hərəkəti günaşırı öz hərəkət cədvəli və sxemi üzrə saxlanılır.
Qatarın tərkibində qoşma Çelyabinsk-Bakı, Ufa-Bakı, Samara-Bakı, Saratov-Bakı vaqonlar yeni trafaretlə hərəkət edəcəklər. Novosibirsk -Bakı birbaşa vaqonu il boyu, günaşırı təyin olunur. Yay mövsümündə yeni Orenburq-Bakı birbaşa vaqonu təyin olunur. 373/374 saylı Bakı-Tümen qatarının marşrutunda dəyişiklik ediləcəkdir. Bununla əlaqədar olaraq Volsk, Balakovo, Puqaçovsk stansiyalarına bilet satışını bağlanacaq və əvəzində Kulatka, Vozrojdeniye, Sızran-şəhər stansiyalarına bilet satışını təşkil ediləcək.
391/392 saylı Bakı-Rostov sərnişin qatarı ("Rusiya Dəmir Yolları" ASC) ayın tarixləri ilə saat 21.50-də Bakıdan yola düşəcək, saat 3.50-də Bakıya çatacaqdır.
38/37 saylı Bakı-Tbilisi sərnişin qatarı ("ADY" QSC) öz hərəkət cədvəli və sxemi üzrə hərəkət edəcək.
Yerli qatarlar:
98/97 №-li Bakı-Ağstafa-Qazax qatarı saat 22.45-də (22.05 əvəzinə) Bakıdan yola düşəcək və saat 10.25-də (9.40 əvəzinə) Qazaxa çatacaq. Qatar saat 18.35-də (19.05 əvəzinə) Qazaxdan yola düşəcək və saat 7.10-da (7.25 əvəzinə) Bakıya çatacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info