“Minsk qrupu münaqişənin həlli üçün heç bir addım atmayıb”
Tarix: 26.05.2014 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


“Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinin həlli İranın xarici siyasətinin əsas prioritetlərindən biridir”. İRNA-nın verdiyi məlumata görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin İran Xarici İşlər Nazirliyinin Təbriz şəhərindəki nümayəndəliyində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bölgənin təhlükəsizliyinin təmini İran üçün son dərəcə vacibdir: “Ona görə də rəsmi Tehran Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına səy göstərir. Çünki bu münaqişə İranın Azərbaycan və Ermənistanla sərhədlərinin bir hissəsini əhatə edir. Bakı və İrəvan arasında qarşıdurma hər iki ölkənin xeyrinə deyil. Əlbəttə, belə bir münaqişəli vəziyyətin İran üçün də heç bir faydası yoxdur”.
Səfir İranın vaxtilə Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etdiyini də xatırladıb: “Ancaq hazırda hər iki tərəfin bu məsələni ATƏT-in Minsk qrupu çərçivəsində həll etməyə çalışdıqları görünür. ATƏT-in Minsk qrupu isə 20 ildir fəaliyyət göstərsə də, münaqişənin həlli üçün heç bir addım atmayıb. Halbuki ATƏT-in Minsk qrupu hər iki münaqişə tərəfini bir il müddətində barışdırmaq üçün yaradılmışdı. Əslində, ATƏT-in Minsk qrupunun bölgədən kənarda yerləşən üzv ölkələri Dağlıq Qarabağ münaqişəsinin həllində kifayət qədər maraqlı deyil. Çünki onlar üçün qlobal mövzular daha əhəmiyyətli məsələlərdir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21.03.2019
Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21.03.2019
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21.03.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
20.03.2019
ABŞ Prezident İlham Əliyevin əfv sərəncamını alqışlayır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info