Azərbaycan Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyinin fəaliyyətinə köməklik göstərib
Tarix: 26.05.2014 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təşkilatı olan, Azərbaycan Respublikasının 1995-ci ildən üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatının (İMO) London şəhərində keçirilmiş Dəniz Təhlükəsizliyi Komitəsinin 93-cü sessiyasında iştirak edib. Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, sessiya zamanı Beynəlxalq Dəniz Təşkilatına Üzv Dövlətlərin məcburi audit yoxlamasından keçmələri ilə bağlı müvafiq müddəaların adıçəkilən təşkilat çərçivəsində qəbul olunmuş Beynəlxalq Konvensiya və Protokollara əlavə edilməsi üzrə müzakirələr aparılaraq bir sıra Konvensiya və Protokollara dəyişikliklər edilməsi barədə müvafiq Qətnamələr qəbul edilmişdir və adıçəkilən dəyişikliklərin 01 yanvar 2016-cı il tarixində qüvvəyə minməsi nəzərdə tutulub.
İtaliya sahillərində “Costa Concordia” sərnişin gəmisində baş vermiş qəza hadisəsindən sonra sərnişin gəmilərinə olan tələblərin daha da sərtləşdirilməsi və bir sıra məsələlərin aydınlaşdırılması məqsədilə Dəniz Təhlükəsizliyi Komitəsinin 92-ci sessiyasının və digər əlaqədar alt-komitələrin hesabatları dinlənilib.
Həmçinin, Komitənin iclasında beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, dəniz mühitinin mühafizəsinin və dənizdə təhlükəsizliyin ən yüksək səviyyədə təmin edilməsi ilə əlaqədar dünya dəniz dövlətləri tərəfindən həyata keçirilməsi zəruri olan fəaliyyətlər ilə əlaqədar ümumi müzakirələr aparılıb.
Həmçinin, sessiya müddətində Azərbaycan Respublikasının nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatı rəsmiləri və Sessiyada iştirak edən Üzv Dövlətlərin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib.
Dünya dəniz dövlətlərinin dəniz administrasiyalarının rəhbərləri ilə görüşlər çərçivəsində Gürcüstanının Dəniz Nəqliyyatı Agentliyinin rəhbəri cənab Mamuka Akhaladze ilə keçirilən görüş zamanı cənab Mamuka Akhaladze Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsində əldə etdiyi uğurlara toxunaraq, son dövrlərdə iki ölkə arasında əməkdaşlığın inkişafından, xüsusilə Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyinin fəaliyyətinə Azərbaycan Respublikasının göstərdiyi köməklikdən məmnunluğunu ifadə edib.
Dəniz Təhlükəsizliyi Komitəsinin 93-cü sessiyası bir sıra Beynəlxalq Konvensiyalara dəyişikliklər edilməsi barədə Qərar qəbul edilməsi ilə öz işini yekunlaşdırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info