Tyorbyorn Yaqland: “Yeni Prezident Avropa Şurasına arxalana bilər”
Tarix: 26.05.2014 | Saat: 16:20:00 | E-mail | Çapa göndər


Ukraynada prezident seçkilərinin nəticələri tam məlum olmamış iş adamı Pyotr Poroşenkoya Avropadan təbriklər daxil olmağa başlayıb.
Ukrayna saytlarının verdiyi məlumata görə, Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland Ukrayna xalqını öz prezidentini seçməsi, P. Poroşenkonu isə ilk turda seçilməsi münasibətilə təbrik edib. T. Yaqland bildirib ki, vətəndaşların verdiyi bu dəqiq mandat Ukraynada siyasi böhranın həllində önəmli mərhələdir: “Mən inanıram ki, yeni prezident ölkədə sülh və demokratiyanın bərqərar olması üçün qətiyyətlə hərəkət edəcək. O, Ukraynada islahatlara, xüsusən Konstitusiya islahatına dəstək məsələsində Avropa Şurasına arxalana bilər. Demokratiya, insan haqları və qanunun aliliyi Ukrayna xalqının və dövlətinin çiçəklənməsini təmin edəcək yeganə vasitədir”.
Polşa prezidenti Bronislav Komorovski isə telefonla P. Porolşenkonu təbrik edib. O, ümid etdiyini bildirib ki, seçkidən sonra Ukraynada vəziyyət sabitləşəcək. B. Komorovski P. Poroşenkonu Polşada ilk demokratik seçkilərin keçirilməsinin 25-ci ildönümü ilə əlaqədar iyunun 3-4-də keçiriləcək tədbirlərə dəvət edib. Bu tədbirlərə ABŞ prezidenti Obama da qatılacaq.
İsveçin xarici işlər naziri Karl Bildt də P. Poroşenkonu təbik edib. O, “Twitter” səhifəsində qeyd edib ki, seçkidə qazanılan nəticə Ukrayna və Avropa üçün yaxşı nəticədir.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
“ABŞ əsgərləri 4 həftədən sonra buradan ayrılacaq”
23.10.2019
‘‘Türkiyә terrorla mübarizәdәki qәtiyyәtini dünyaya göstәrdi’’
23.10.2019
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı regionda təhlükəsizliyə təhdid yaradır
23.10.2019
“ABŞ tərəfdən verilən vədlər tam mənada yerinə yetirilmədi”
22.10.2019
“Avropalı müttəfiqlər Türkiyəni daha çox dəstəkləməlidir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10925

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 SON DƏQİQƏ: Ərdoğan və Putin razılaşdı - Türkiyə tarixi diplomatik qələbə qazandı...


23.10 22:03
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info