“Kommersant”: “Bu, Xəzərə çıxışı olmayan Ermənistanın narazılığına səbəb olmaz”
Tarix: 26.05.2014 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


Azərbaycanın Müdafiə Nazirliyi Rusiya istehsalı olan müasir “Bal-E” tipli sahil raket kompleksinə maraq göstərir.
“Kommersant”ın verdiyi məlumata görə, sözügedən kompleksləri istehsal edən “Taktiki raket silahı” korporasiyasının baş direktoru Boris Obnosov bildirib ki, “Bal-E” kompleksinin təqdimatı Astanada keçirilən KADEX 2014 sərgisində baş tutub.
Nəşrin yazdığına görə, artıq Rusiyanın hərbi-texniki əməkdaşlıq Federal xidmətinə komplekslə bağlı bir sifariş daxil olub.
“Bal-E” 2008-ci ildən Rusiya ordusunda olan “Bal” tipli sahil raket kompleksinin ixrac variantıdır. Kompleksdən ərazi suların, bazaların və sahilyanı infrastruktur obyektlərinin mühafizəsində istifadə olunur.
“Kommersant” qeyd edir ki, bir müddət öncə Azərbaycan tərəfi “Yaxont” gəmi əleyhinə raketlə təchiz olunmuş “Bastion” kompleksi ilə maraqlanıb: “Lakin Moskvanın razılıq verməməsi üzündən razılaşma baş tutmayıb. İndi isə vəziyyət dəyişib. “Bal-E” kompleksi sahilyanı zonanın müdafiəsi üçün nəzərdə tutulduğu üçün Xəzər dənizinə çıxışı olmayan Ermənistanın narazılığına səbəb olmaz”.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info