Beynəlxalq Bakı Forumunda 400-ə yaxın gənc alim iştirak edəcək
Tarix: 26.05.2014 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


27 may 2014-cü il tarixi saat 10.00-da Azərbaycan Milli Elmlər Akademiyasının dairəvi akt zalında Dünya Gənc Alimlərinin "Dünya elmində yeni çağırışlar: Gənc alimlərin birgə yanaşmaları" başlığı altında Beynəlxalq Bakı Forumu keçiriləcək. Forumun təşkilatçıları Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, YUNESKO-nun Azərbaycan Milli Komissiyası, "Eurodoc" Avropanın Gənc Tədqiqatçılar Şurası və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətidir.
Forumun keçirilməsində məqsəd müxtəlif ölkələrin elmi istiqamətlərinin nümayəndələri arasında əməkdaşlığın və partnyorluq münasibətlərinin inkişaf etdirilməsi, təcrübə və yeni ideyaların mübadiləsi üçün əlverişli şəraitin yaradılması, yeni əlaqələrin qurulmasıdır. Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumunda iştirak ilə bağlı dünyanın 96 ölkəsindən 1100 ərizə daxil olub. Azərbaycandan isə 250-dən çox ərizə qəbul edilib. Aparılan seçimin nəticələrinə əsasən Forumda ümumilikdə 400-ə yaxın gənc alim iştirak edəcək.
Qeyd edək ki, Forumda YUNESKO-nun Baş Konfransının sədri, YUNESKO-nun Çin Milli Komissiyasının direktoru və Çin Təhsil Nazirinin müavini cənab Hao Ping, Çernoqoriya Elm və İncəsənət Akademiyasının prezidenti cənab Momir Curoviç, Barselonanın Elmlər Akademiyasının prezidenti cənab Xaima Qil Aluksa kimi rəsmi qonaqlar da iştirak edəcəklər.
Daha sonra iştirakçılar 3 paralel sessiyalarda xarici ölkələrdən dəvət olunmuş spikerlərin çıxışlarını dinləyəcəklər. Tədbirin proqramına əsasən növbəti gün, may ayının 28-də Forum öz işini elmin 5 əsas istiqaməti - dəqiq və texniki elmlər, tibb, biologiya və kimya, iqtisadiyyat və sosiologiya, ekologiya və kənd təsərrüfatı, tarix, fəlsəfə və mədəniyyət istiqamətləri üzrə seksiyalarda müzakirələr ilə davam etdirəcək. Forumda müzakirələr aşağıdakı seksiyalarda aparılacaq:
• “Texniki elmlər müasir innovasiya sistemlərinin əsası kimi”
• “Yeni texnologiyaların yaradılması əsasında təbii proseslər”
• “Torpaq, kənd təsərrüfatı və ətraf mühitin öyrənilməsində fənnlərarası yanaşma”
• “İqtisadiyyat və sosiologiya qlobal inkişafın uğurlu birləşməsi kimi"
• “Müasir dünyada sosial və humanitar elmlərin problemləri”

Forumun rəsmi bağlanış mərasimi may ayının 29-da Azərbaycan Milli Elmlər Akademiyasında baş tutacaq. Tədbirin Proqramı çərçivəsində qonaqların Bakının tarixi-memarlıq abidələri ilə tanışlığı, eləcə də Azərbaycanın regionlarına səfərləri nəzərdə tutulub.
Qeyd edək ki, Bakıda Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumunun keçirilməsi ilə bağlı ilk təklif 2013-cü ilin may ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi çərçivəsində keçirilmiş "Avropa məkanında yeni çağırışlar" Gənc Alimlərin Beynəlxalq Bakı Forumunda səsləndirilib. 2013-cü ildə keçirilmiş forumda 350-dən çox gənc alim iştirak edib ki, onlardan 172 nəfəri 32 Avropa ölkəsindən qatılmışdı.

İlkin




 
Bölməyə aid digər xəbərlər
30.03.2020
DİN: Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edilir
30.03.2020
AMEA əməkdaşları əməkhaqqı saxlanılmaqla məzuniyyətə göndərilir
30.03.2020
Millət vəkili krediti olanlara 3 ay möhlət verilməsini təklif edib
30.03.2020
Azərbaycanda prokurorlara yeni səlahiyyətlər verilir
30.03.2020
Əlilliyi olan şəxslər evlərində reabilitasiya vasitələri ilə təmin ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11486

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info