“ECDL Foundation”-la Qafqaz Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Tarix: 26.05.2014 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


Rumıniyanın Buxarest şəhərində “ECDL 2014” forumu keçirilib. “Tempus” ENOTES Milli ECDL Operator və Test Mərkəzləri layihəsi çərçivəsində Rumıniyada təşkil edilmiş “ECDL 2014” forumunda Qafqaz Universitetinin layihə ofisinin rəhbəri Üzeyir Bağırov iştirak edib.
Forumun təşkilində məqsəd Avropada Kompüter Bacarıqları Standartı perspektivləri, imkanlar və maneələr mövzusunu müzakirə etmək olub. Universitetdən bildirilib ki, “ECDL Foundation”-la Qafqaz Universiteti arasında ortaq əməkdaşlıq müqaviləsi imzalanıb:
“Məqsəd Azərbaycan təhsil sistemində informasiya texnologiyalarının bilik standartını təşkil və tətbiq etməkdir. Bu prosesdə Qafqaz Universiteti beynəlxalq təcrübəyə əsaslanaraq, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin formalaşmasına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın həyata keçirilməsində böyük rol oynayacaq. Forumda Rumıniyanın təhsil naziri cənab Remus Pricopie öz çıxışında kompüter bacarıqlarının təhsil sistemində rolundan söz edərkən, informasiya texnologiyalarına inteqrasiya edilmiş təhsil sisteminin ortaya çıxan maneələrin daha qısa zamanda həllinə gətirib çıxaracağına inandığı üçün ölkənin təhsil strategiyasını informasiya texnologiyalarına inteqrasiya edilmiş təhsil sistemi sahəsində inkişaf etdirməyi hədəflədiklərini vurğulayıb”.
Panel çıxışları zamanı ECDL Kenya, ECDL İsveçrə, ECDL Cənubi Koreya və ECDL Malta öz təcrübələri ilə forum iştirakçılarını məlumatlandırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni ən böyük sosial layihəsinə start verir
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10124

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info