Azərbaycanlı mütəxəssislər Hollandiyada təlim keçiblər
Tarix: 26.05.2014 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Azərbaycanlı mütəxəssislər Hollandiyanın Vageningen şəhərində “İSRİC - World Soil Information” (Beynəlxalq Torpaq İnformasiya Mərkəzi) təşkilatında təşkil olunmuş yaz məktəbində iştirak ediblər.
Yaz məktəbində məqsəd torpaqların xəritəçiliyi üçün geostatistika, dünya torpaq profili bazası, torpaq informasiya sistemi (World Soil Profiles, WOSIS, World Grids), torpaqların xəritələşdirilməsi üçün SOTER metodu, rəqəmsal xəritələrin qiymətləndirilməsi yolları haqqında məlumat əldə edilməsi olub. Təlimdə “Qlobal torpaq informasiya mübadiləsi” mövzusunda müzakirələr aparılıb.
Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı Zərifə Feyzullayevanın sözlərinə görə, yaz məktəbində institutun Aqrar elmlər üzrə fəlsəfə doktoru Elton Məmmədov və doktorantı Fikrət Fevziyev iştirak ediblər. Beşgünlük təlim çərçivəsində R, Rstudio proqramları vasitəsilə torpaqların “3D” xəritələşdirilməsi yolları praktiki və nəzəri şəkildə öyrədilib. Yaz məktəbinin sonunda Dünya Torpaq Muzeyi ilə tanışlıq olub və torpaqların müasir “WRB” təsnifatı yolları müzakirə edilib.
Həmçinin, dünyanın müxtəlif ölkələrindən gəlmiş alim iştirakçılarla elmi əməkdaşlıq imkanları müzakirə edilib və aparılan müasir elmi tədqiqatlar haqqında fikir mübadiləsi aparılıb. Ezamiyyət Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info