Azərbaycan vergilərlə bağlı konvensiyaya edilmiş dəyişikliklərə qoşulub
Tarix: 26.05.2014 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


Mayın 22-23-də vergilər naziri Fazil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Fransada işgüzar səfərdə olub. Vergilər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində nazir İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Parisdə yerləşən mənzil-qərargahında baş katib Anxel Qurria ilə görüşüb. Görüşdən əvvəl Azərbaycanla İƏİT arasında "Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında" Konvensiyaya edilmiş dəyişikliklərə qoşulması haqqında protokolun imzalanma mərasimi olub. Sənədi vergilər naziri Fazil Məmmədov və baş katib Anxel Qurria imzalayıblar.
Sonra İƏİT ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi arasında əlaqələri daha da genişləndirmək barədə geniş tərkibdə müzakirələr aparılıb.
İlk dəfədir Azərbaycandan olan nazirlə görüşdüyünü qeyd edən İƏİT-in baş katibi bundan məmnun olduğunu, rəhbərlik etdiyi təşkilatla Azərbaycan arasında əlaqələrin inkişafını müsbət qiymətləndirdiyini ifadə edib, Azərbaycan Respublikasının konvensiyaya edilmiş dəyişiklərə dair protokola qoşulmasını mühüm hadisə adlandırıb, bu mənada ölkə rəhbərliyinin göstərdiyi siyasi iradəni həlledici amil kimi dəyərləndirərək bu faktın Azərbaycanın vergi sisteminin şəffaflığının göstəricisi olduğunu bildirib.
A.Qurria təşkilatın baş katibinin müavini İv Letermin Azərbaycanda keçirilən İkinci Qlobal Açıq Cəmiyyətlər forumunda iştirakı zamanı Prezident İlham Əliyev tərəfindən qəbul olunduğu xatırladaraq, həmin görüşdə konkret sahələrdə əməkdaşlıq məsələlərinin müzakirə edildiyini diqqətə çatdırıb.
Vergilər naziri Fazil Məmmədov Prezident İlham Əliyevin və Azərbaycan hökumətinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə əməkdaşlığa xüsusi önəm verdiklərini diqqətə çatdıraraq Vergilər Nazirliyinin əməkdaşlarının İƏİT-in keçirdiyi tədbirlərdə yaxından iştirak etdiyini bildirib.
Vergilər naziri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi arasında əməkdaşlıq haqqında saziş layihəsinin müzakirələrinin davam etdiyini diqqətə çatdırıb. A.Qurria bunun gələcək əməkdaşlıq üçün əla bir proqram olacağını bildirib.
Görüşdə əməkdaşlığın müxtəlif istiqamətləri ətraflı müzakirə olunub. F.Məmmədov A.Qurrianı Azərbaycana səfərə dəvət edib.
Azərbaycanın vergilər naziri Fazil Məmmədov Fransaya işgüzar səfər çərçivəsində bir sıra mühüm görüşlər də keçirib. Fransa büdcəyə məsul dövlət katibi Kristian Ekerlə görüşdə azərbaycanlı iş adamlarına Fransada və fransalı investorlara ölkəmizdə əlverişli şəraitin yaradılması məsələləri diqqət mərkəzində olub. Nazir Kristian Eker ölkəsinin bu sahədə hərtərəfli yardım göstərməyə hazır olduğunu bildirib.
Vergilər naziri Fazil Məmmədov Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın çox sürətlə inkişaf etdiyi, ölkəmizdəki vergi sistemi və burada aparılan islahatlar barədə ətraflı məlumat verib. Azərbaycanın vergi sistemindəki qabaqcıl və müsbət təcrübələrdən bəhs edən F.Məmmədov bu sahədə vergi ödəyicilərinə göstərilən elektron xidmətlərdən, ƏDV depozit hesabı və digər həyata keçirilmiş layihələrdən danışıb.
Nazir hər iki tərəf üçün xüsusi maraq doğuran Avropa İttifaqının Azərbaycana yardımı çərçivəsində yeni tvinninq layihəsinin həyata keçirildiyini vurğulayıb, bu layihə ilə bağlı elan olunan tenderdə birgə çıxış edən Fransanın və İspaniyanın vergi administrasiyasının qalib gəldiyini bildirib. Azərbaycanın vergi administrasiyası üçün kadr potensialının inkişafında Fransanın dəstəyinin vacibliyini vurğulayan F.Məmmədov bu məsələnin ölkəmiz üçün çox önəmli olduğunu diqqətə çatdırıb. Fransanın vergi orqanlarının elektron audit sahəsində müsbət təcrübələrinin olduğunu vurğulayan nazir, Azərbaycanın vergi orqanlarında çalışan əməkdaşların Fransada uzunmüddətli təcrübə keçməsi təklifini irəli sürüb.
Fransalı nazir bu təklifi məmnuniyyətlə qəbul edərək, məsələ ilə bağlı dərhal baş direktora xüsusi tapşırıq verəcəyini, tvinninq layihəsini həyata keçirməkdə Azərbaycana hər cür dəstək göstərməyə hazır olduqlarını bildirib.
Azərbaycan qanunvericiliyində bank məlumatlarının mübadiləsi və şəffaflığın təmin edilməsi sahəsində artıq müvafiq dəyişikliklər edildiyini bildirən vergilər naziri səfər çərçivəsində bank məlumatlarının mübadiləsi ilə bağlı Strasburq Konvensiyasına edilmiş dəyişiklikləri özündə əks etdirən Protokolu imzalanacağını da diqqətə çatdırıb.
Fransalı nazir bu xəbəri böyük məmnuniyyətlə qarşılayıb, digər ölkələrin də Azərbaycanın yolu ilə gedərək bu mühüm sənədi imzalamaqla vergi orqanları arasında məlumat, o cümlədən bank məlumatları mübadiləsinin daha da genişləndiriləcəyini, öz növbəsində bunun vergi daxilolmalarının artmasına və vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin olunmasına müsbət təsir göstərəcəyini bildirib.
Görüşün sonunda F.Məmmədov Fransanın büdcə nazirini ölkəmizə səfərə dəvət edib. Dəvətə görə təşəkkürünü bildirən K.Eker imkan olan kimi bu dəvəti reallaşdıracağını bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq
24.09.2018
“Uşaqlar bizim gələcəyimizdir“
24.09.2018
Gömrük sistemi hərtərəfli dövlət dəstəyi ilə təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info