Olimpiya idman növləri üzrə yüksək nəticə göstərənlərin mükafatlandırılmasında dəyişiklik
Tarix: 26.05.2014 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan idmançıları və onların məşqçilərinin mükafatlandırılması ilə bağlı Nazirlər Kabinetinin qərarında dəyişikliklər edilib.
Nazirlər Kabinetinin rəsmi saytında yer alan məlumata görə, dəyişikliklərə əsasən, qərarın adından və 1-ci hissəsindən "Olimpiya Oyunları" sözləri çıxarılıb.
Həmin qərarla təsdiq edilmiş "Olimpiya Oyunları, Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan idmançıları və onların məşqçiləri üçün mükafatlar" yeni redaksiyada müəyyən edilib.
Dəyişikliyə əsasən, siyahıya əlavə edilmiş dünya çempionatında birinci yeri tutmuş idmançı və onun məşqçisi müvafiq olaraq 15000 manat və 7500 manat, ikinci yer üzrə 10000 manat və 5000 manat, üçüncü yer üzrə 6000 manat və 3000 manat, Avropa çempionatında birinci yeri tutmuş idmançı və onun məşqçisi müvafiq olaraq 10000 manat və 5000 manat, ikinci yer üzrə 6000 manat və 3000 manat, üçüncü yer üzrə 2000 manat və 1000 manat məbləğində mükafatlandırılacaqlar. Ümumi hesabda Dünya Kubokunun finalında birinci yeri tutmuş komandanın idmançıları və komandanın məşqçiləri müvafiq olaraq 20000 manat və 10000 manat, ikinci yer üzrə 15000 manat və 7500 manat, üçüncü yer üzrə 10000 manat və 5000 manat, ümumi hesabda Avropa Kubokunun finalında birinci yeri tutmuş komandanın idmançıları və komandanın məşqçiləri müvafiq olaraq 15000 manat və 7500 manat, ikinci yer üzrə 10000 manat və 5000 manat, üçüncü yer üzrə 8000 manat və 4000 manat məbləğində mükafatlandırılacaqlar.
Dünya birinciliyində birinci yeri tutmuş idmançı və onun məşqçisi müvafiq olaraq 3000 min manat və 1500 manat, ikinci yer üzrə 2000 manat və 1000 manat, üçüncü yer üzrə 1500 manat və 750 manat, yeniyetmələr arasında Dünya birinciliyində birinci yeri tutmuş idmançı və onun məşqçisi müvafiq olaraq 2500 manat və 1250 manat, ikinci yer üzrə 1500 manat və 750 manat, üçüncü yer üzrə 100 manat və 500 manat məbləğində mükafatlandırılacaqlar.
Gənclər arasında Avropa birinciliyində birinci yeri tutmuş idmançı və onun məşqçisi üçün müvafiq olaraq 2000 manat və 1000 manat, ikinci yer üzrə 1000 manat və 500 manat, üçüncü yer üzrə 800 manat və 400 manat, yeniyetmələr arasında Avropa birinciliyində birinci yeri tutmuş idmançı və onun məşqçisi üçün müvafiq olaraq 1500 manat və 750 manat, ikinci yer üzrə 800 manat və 400 manat, üçüncü yer üzrə 600 manat və 300 manat məbləğində mükafat müəyyən edilib.
Fərdi hesabda Dünya Kubokunun finalında birinci yeri tutmuş idmançı və məşqçisi üçün müvafiq olaraq 6000 manat və 3000 manat, ikinci yer üzrə 4000 manat və 2000 manat, üçüncü yer üzrə 3000 manat və 1500 manat, fərdi hesabda Avropa Kubokunun finalında birinci yeri tutmuş idmançı və məşqçisi üçün müvafiq olaraq 4000 manat və 2000 manat, ikinci yer üzrə 3000 manat və 1500 manat, üçüncü yer üzrə 2000 manat və 1000 manat məbləğində mükafat müəyyən edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info