Miqrasiya orqanları işçilərinə pul kompensasiyaları veriləcək
Tarix: 26.05.2014 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


Nazirlər Kabineti "Miqrasiya orqanları işçisinin və onun ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası"nı və "Miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası"nı təsdiq edib.
Nazirlər Kabinetindən verilən məlumata görə, "Miqrasiya orqanları işçisinin və onun ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası"na əsasən, yeni qulluq yerinə köçmə, habelə əmlakın daşınması xərclərinin və birdəfəlik kompensasiyanın məbləğləri işçiyə və onun ailə üzvlərinə qulluq yerinə köçməsi ilə əlaqədar nəqliyyat xərci, yolda olan müddət üçün gündəlik xərc, əmlakın daşınması üçün nəqliyyat xərci, işçiyə birdəfəlik kompensasiya və işçinin ailə üzvlərinə birdəfəlik kompensasiya ödənilir.
İşçiyə və onun ailə üzvlərinə qulluq yerinə köçməsi (50 kilometrdən çox yol qət etmək şərti ilə) ilə əlaqədar nəqliyyat, yolda olan müddət üçün gündəlik, əmlakın daşınması üçün nəqliyyat xərcləri, işçiyə və ailə üzvlərinə birdəfəlik kompensasiyalar ödənilir. İşçiyə və onun ailə üzvlərinə yeni qulluq yerinə köçməsi ilə əlaqədar ödənilən nəqliyyat xərclərinə ümumi istifadədə olan hava, dəmiryol, su və avtomobil (taksidən başqa) nəqliyyatı ilə gediş haqqı məbləği (biletlərin qabaqcadan satışı üzrə xidmət və qatarlarda yataq ləvazimatından istifadə üçün xərclər də daxil olmaqla), işçiyə yerdəyişmə və ya vəzifəyə təyin olunma zamanı (50 kilometrdən artıq məsafə qət edilərsə) ödənilən birdəfəlik kompensasiyaya yeni təyin olunduğu vəzifə üzrə bir aylıq vəzifə maaşı və bir aylıq xüsusi rütbəyə görə əlavə haqq məbləği, işçiyə miqrasiya orqanının daimi dislokasiya yerinin dəyişməsi ilə əlaqədar yerdəyişmə zamanı (məsafədən asılı olmayaraq) ödənilən birdəfəlik kompensasiyaya bir aylıq vəzifə maaşının və bir aylıq xüsusi rütbəyə görə əlavə haqqın 50 faizi məbləği daxildir. İşçinin ailə üzvlərinin hər birinə bütün hallarda ödənilən birdəfəlik kompensasiya işçinin bir aylıq vəzifə maaşının və bir aylıq xüsusi rütbəyə görə əlavə haqqın 25 faizi məbləği daxildir. İşçiyə 3000 kiloqramadək əmlakının daşınması üçün çəkdiyi faktiki xərc müvafiq qaydada müəyyən edilmiş tarifləri müqabilində ödənilir.
"Miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası"na əsasən, miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan işçilərə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq, mənzil kirayəsi üçün pul kompensasiyası hər ay aşağıdakı məbləğlərdə ödənilir:
Bakı şəhərində - 47 manat;
başqa şəhər və rayon mərkəzlərində - 33 manat;
digər yaşayış məntəqələrində - 28 manat.
İşçiyə onun hər bir ailə üzvünə görə göstərilən müvafiq kompensasiyaların 50 faizi məbləğində əlavə pul kompensasiyası ödənilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info