İranda məhbusların 44 faizi narkotikə görə ittiham olunur
Tarix: 26.05.2014 | Saat: 19:37:00 | E-mail | Çapa göndər


İran həbsxanalarında cəza çəkən məhbusların 44 faizi narkotiklərlə bağlı cinayətlərdə təqsirli bilinir. Bunu İranın daxili işlər naziri Əbdürrza Rəhmani-Fəzli ötən axşam Kürdistan əyalətində Narkotiklərlə mübarizə Şurasının iclasında çıxışı zamanı deyib. Bu barədə İranın Fars agentliyi məlumat yayıb.
Ə. Rəhmani-Fəzli deyib ki, hazırda rəsmi statistikaya görə, ölkədə 1.5 milyon nəfər narkotik istifadəçisi var, lakin qeyri rəsmi statistika bu rəqəmin 3 milyon nəfərdən çox olduğunu göstərir. Qeyd edək ki, İran KİV-lərinin məlumatına görə, ölkədə narkotik maddələrin, xüsusilə də daha təhlükəli narkotik vasitələrin istifadəsi artıb. İranın şərq sərhədlərində, xüsusilə Əfqanıstanın işğalından sonra narkotik istehsalı iki-üç dəfə artıb. Bəzi qeyri-rəsmi statistikalara görə İranda narkotik istifadəçilərin sayı 7 milyon nəfər təşkil edir. İranın daxili KİV-lərinin məlumatına əsasən, hazırda ölkə həbsxanalarında saxlanılan şəxslərin 50 faizi narkotik maddələrin istifadəsi və qaçaqmalçılığında ittiham olunaraq saxlanılır. Bu rəqəm İranın bəzi əyalətlərində 65 faiz təşkil edir.
Günəş




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info