Yanukoviç: “Xalqın seçiminə hörmətlə yanaşıram”
Tarix: 26.05.2014 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


Ukraynanın 4-cü prezidenti, hazırda Rusiyada yaşayan Viktor Yanukoviç ölkədə keçirilən prezident seçkiləri ilə bağlı bəyanatla çıxış edib.
“RİA Novosti”nin verdiyi məlumata görə, V. Yanukoviç Ukrayna xalqına müraciətində ölkə üçün çətin bir dövrdə edilən seçimə hörmətlə yanaşdığını bildirib:
“Ukraynada növbədənkənar prezident seçkiləri keçirilib. Hansı regionda neçə faiz seçicinin səsverməyə gəlməsindən və sizin necə seçim etməyinizdən asılı olmayaraq, mən vətənimiz üçün ən ağır vaxtda edilən bu seçimə hörmətlə yanaşıram”.
Buna baxmayaraq, V. Yanukoviç hesab edir ki, seçkilərin və prezidentin özünün legitimliyi üçün cənub-şərq vilayətlərinin iştirakı vacibdir: “Bu regionların bir çox seçiciləri hərbi çevriliş nəticəsində gələn qeyri-legitim hakimiyyətin fəaliyyəti nəticəsində alçaldılıb və təhqir edilib”.
Qeyd edək ki, Ukraynanın cənub-şərqində yalnız 2 vilayətdə (Donetsk və Luqansk) seçicilərin əksər hissəsi səs verə bilməyib. Digər cənub-şərq vilayətlərində isə problem olmayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info