“Azərbaycan Dəmir Yolları“ QSC-nin kapitalı 20 faizdən çox artıb
Tarix: 26.05.2014 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə "Azərbaycan Dəmir Yolları" QSC-nin nizamnamə kapitalı 21,2 faiz, yəni 599 000 000-dan 726 146 366 manatadək artırılıb.
Nazirlər Kabinetinin qərarına görə, QSC-nin hər birinin nominalı iki manat olan adi səhmlərinin miqdarı müvafiq olaraq 299 500 000-dan 363 073 183 ədədədək artıb.
2013-cü ildə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətin (QSC) gəlirləri 223,1 milyon manat təşkil edib. Ötən il QSC-nin gəlirləri yük (208,2 milyon manat) və sərnişin (14,9 milyon manat) daşımalarının hesabına formalaşıb.
2013-cü ildə QSC-nin xərclərinin ümumi həcmi 214 milyon manat təşkil edib ki, bundan 73,3 milyon manat işçilərin maaşlarının ödənilməsinə, 53,1 milyon manat mal və materialların alınmasına, 38,7 milyon manat istifadə olunmuş elektrik enerjisi, yanacaq və su haqqının ödənişinə, 15,3 milyon manat Dövlət Sosial Müdafiə Fondunun ödənişlərinə, 4,1 milyon manat vergi ödənişləri şəklində dövlət büdcəsinə yönəldilib.
Beləliklə, ötən il QSC-nin xalis mənfəəti 9 milyon manat təşkil edib.
Ümumilikdə, 2013-cü ildə QSC tərəfindən 23,2 milyon ton yük və 2,5 milyon sərnişin daşınıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yanvar-avqust aylarında sərnişin daşınmasında 1,3 faiz artım olub
24.09.2018
Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi artıb
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info