“Xanımlarımızın bir çoxu hələ də orta əsrlərin fikirləri ilə yaşayırlar”
Tarix: 26.05.2014 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


“Hamilə vaxtı qadınlar vaxtlı-vaxtında həkimlərə müraciət etsələr, ana və uşaq ölümü hallarının qarşısını almaq olar”.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
Komitə sədri Azərbaycanda ana və uşaq ölüm faktlarının azaldığını qeyd edərək bunları deyib: “Ana və uşaq ölümü hallarının yaranmasının bir səbəbi də qadınların maarifləndirilməsi tədbirlərinin zəif aparılmasıdır. Biz elə bu istiqamətdə də işlərimizi gücləndiririk. Amma əfsuslar olsun ki, xanımlarımızın bir çoxu hələ də orta əsrlərin fikirləri ilə yaşayırlar və həkimlərə müraciət etmirlər. Biz bu məsələni həmişə nəzarətdə saxlayırıq. Səhiyyə Nazirliyi təmsilçiləri ilə mütəmadi olaraq görüşlər keçiririk”.
Komitə sədri istirahət mərkəzlərində baş verən qəzalara da münasibət bildirib. O qeyd edib ki, uşaq müəssisələrində olan atraksionların təhlükəsizliyi ciddi yoxlanılmalıdır: “Bu tip müəssisələrə xüsusi diqqət olmalıdır. Əfsuslar olsun ki, biz son dövrdə bir neçə istirahət mərkəzlərində diqqətsizliyin şahidi oluruq və bu səbəbdən də belə hadisələr yaşanır”
Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
15.01.2019
Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info