Bakı Avrasiya Universitetində Respublika Günü qeyd olunub
Tarix: 26.05.2014 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


Bakı Avrasiya Universitetində (BAAU) “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) və Bakı Avrasiya Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib. Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib. Universitetin prorektoru Nazim Cəfərli məruzə ilə çıxış edərək 1918-ci ildə Azərbaycan Respublikasının yaradılmasından, fəaliyyətindən, o dövrdə baş verən siyasi proseslərdən Azərbaycanın yenidən müstəqillik əldə etməsindən və bu proseslərdə ümummilli lider Heydər Əliyevin rolundan söz açıb.
Daha sonra “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz bayramov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyəti şərqdə ilk Respublika qurluşlu dövlət olduğunu bildirib. O, qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşasa da Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olduğunu və hər bir Azərbaycanlının fəxr edəcəyi tarix olduğunu tədbir iştirakçların diqqətinə çatdırıb.
Tədbirdə digər çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin liderləri haqqında o cümlədən, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı haqqında danışıblar.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info