Bakıda İOTA İcraiyyə Şurasının 92-ci iclası işə başlayıb
Tarix: 26.05.2014 | Saat: 20:57:00 | E-mail | Çapa göndər


Bakıda Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) İcraiyyə Şurasının 92-ci iclası işə başlayıb.
Mayın 26-da Bakıda Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) İcraiyyə Şurasının 92-ci iclası işə başlayıb.
İclası giriş sözü ilə açan İOTA-nın prezidenti, Serbiya Vergi Administrasiyasının baş direktoru Liliyana Kovaçeviç gündəlikdə duran məsələlərlə bağlı tədbir iştirakçılarını məlumatlandırıb. Qeyd edilib ki, Bakıda keçirilən İcraiyyə Şurasının iclasında İOTA-nın təşkilati-inzibati məsələləri, eləcə də İOTA-nınnövbəti Baş Assambleyasına hazırlıq işləri müzakirə ediləcək. Tədbir iştirakçılarını salamlayan vergilər nazirinin müavini Sahib Ələkbərov Azərbaycan Respublikası Vergilər Nazirliyinin dünyada mövcud olan ən uğurlu təcrübələrin Azərbaycanda tətbiq olunmasına xüsusi diqqət yetirildiyini, bu baxımdan İOTA-nın ən səmərəli bir platforma olduğunu vurğulayaraq, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın iqtisadiyyatının yüksək templərlə inkişaf etməyə başladığı, ölkəmizin vergi sistemində son illər aparılan islahatlar barədə qonaqlara məlumat vermiş və İcraiyyə Şurasının işinə uğurlar arzulayıb.
İclasda İOTA-nın informasiya platformasının hazırlanması, 2013-cü ildə təşkilatın texniki və maliyyə hesabatlarının, qarşıdakı il üçün maliyyə büdcəsinin, təşkilat qarşısında duran bir sıra digər aktual məsələlərin müzakirə ediləcəyi nəzərdə tutulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info