28 May - Respublika Günü Londonda qeyd edilib
Tarix: 26.05.2014 | Saat: 21:44:00 | E-mail | Çapa göndər


28 May - Respublika Günü münasibətilə Azərbaycanın Böyük Britaniyadakı səfirliyi tərəfindən Londonun "The Royal Horseguards" mehmanxanasında tədbir və ziyafət təşkil edilib.
Səfirlikdən verilən məlumata görə, tədbirdə Böyük Britaniya Xarici İşlər Nazirliyinin nümayəndələri, Britaniya parlamentinin üzvləri, lordlar, Londonda akkreditə olmuş diplomatik korpusun üzvləri, səfirlər, ictimaiyyət nümayəndələri, jurnalistlər, Britaniyadakı azərbaycanlı icmasının çoxsaylı üzvləri, o cümlədən tələbələr və icma təşkilatlarının nümayəndələri, Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Qonaqları salamlayan səfir Fəxrəddin Qurbanov 28 May - Respublika Gününün mahiyyəti haqqında məlumat verib və 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti, əldə etdiyi nailiyyətlər barəsində danışıb. Səfir, həmçinin çıxışında müstəqil Azərbaycanın son 23 il ərzində müxtəlif sahələrdə qazandığı uğurlardan bəhs edərək, bu gün ölkəmizin beynəlxalq ictimaiyyətin etibarlı və dinamik inkişaf edən üzvünə çevrildiyini vurğulayıb. Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzunun artdığını, çoxsaylı beynəlxalq platformalarda uğurla təmsil olunduğunu vurğulayıb.
Azərbaycan və Böyük Britaniya arasında siyasi, iqtisadi, mədəni və başqa sahələrdə sürətlə inkişaf edən əlaqələrdən bəhs edən səfir enerji sahəsindəki əməkdaşlığımızın ikitərəfli münasibətlərin əsasını təşkil etdiyini vurğulayıb, iki ölkə arasındakı münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Böyük Britaniya Xarici İşlər Nazirliyinin idarə rəisi Qaret Beyli Respublika Günü münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb, ölkəsinin Azərbaycanı etibarlı tərəfdaş hesab etdiyini vurğulayıb. İki ökə arasında müxtəlif sahələrdə əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini qeyd edərək, Azərbaycanın Əfqanıstandakı rolunun ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini nəzərə çatdırıb. Son illə ərzində ölkələrimiz arasında yüksək səviyyəli təmasların sıxlaşdığını, qarşılıqlı səfərlərin həyata keçirildiyini vurğulayan Q.Beyli iqtisadi sahədə Böyük Britaniyanın Azərbaycan iqtisadiyyatına qoyulan xarici investisiyaların həcminə görə lider mövqe tutmasının sevindirici hal olduğunu vurğulayıb.
Tədbir çərçivəsində qonaqlara ölkəmizin milli mədəniyyətindən, turizm imkanlarından bəhs edən müxtəlif kitab və bukletlər hədiyyə edilib.
Sonda Respublika Günü münasibətilə ziyafət təşkil edilib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info