“Putinlə bir-birimizi kifayət qədər yaxşı tanıyırıq”
Tarix: 26.05.2014 | Saat: 22:03:00 | E-mail | Çapa göndər


Ukraynada keçirilən prezident seçkilərinin qalibi Pyotr Poroşenko Rusiya prezidenti Vladimir Putinlə iyun ayının birinci yarısında görüşə biləcəyini deyib.
“112 Ukraina” telekanalının verdiyi məlumata görə, P. Poroşenko V. Putinlə bir-birlərini yaxşı tanıdıqlarını bildirib: “Mən ümid edirəm ki, ilk görüşdə nəticə əldə olunacaq. Biz cənab Putinlə bir-birimizi kifayət qədər yaxşı tanıyırıq. Düşünürəm ki, ilk görüş çox vacib nəticə verəcək”.
P. Poroşenko “Roshen” korporasiyası da daxil olmaqla, öz aktivlərini satacağını da açıqlayıb: “Mən seçkiqabağı kampaniyada dəfələrlə bildirmişəm ki, öz siyasi fəaliyyətim zamanı vacib ənənələr tətbiq etmişəm. İndi biz daha bir ənənənin əsasını qoyuruq: bir insan yüksək vəzifəyə gəlirsə, həm öz ölkəsinə , həm də dünyaya elan edir ki, biznesdən əl çəkir, onu satır və bütün səylərini xalqa xidmət üçün cəmləşdirir. Mən bu cür hərəkət etməyə hazırlaşıram. Artıq mənim aktivlərimin əsas hissəsinin satışı üzrə intensiv hazırlığa başlayacaq müvafiq investisiya məsləhətçisi və bankının tapılması barədə tapşırıq verilib”.
Bununla yanaşı, P. Poroşenko sahibi olduğu “5-ci Kanal” televiziyasını satmayacağını deyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Neftçala, Salyan, İmişli və Biləsuvar rayonlarında 20 Yanvar faciəsinin ildönümü böyük izdihamla anılıb
19.01.2019
Erməni parlamentidəki deputatların bir çoxu cinayətkar təbəqə ilə əlaqədə ittiham olunurlar
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info