Azərbaycan Danimarkada keçirilən festivalda təmsil olunub
Tarix: 26.05.2014 | Saat: 22:20:00 | E-mail | Çapa göndər


Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyəti bu ölkənin Helsinqor şəhərində keçirilmiş mədəniyyət festivalında təmsil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, ildə bir dəfə təşkil olunan mədəniyyət festivalında Danimarkada yaşayan xalqların və millətlərin nümayəndələri iştirak edirlər. Hər bir xalqın nümayəndələri öz mədəniyyətini, incəsənətini, milli geyim və mətbəxini festivalda nümayiş etdirir.
"Vətən" Cəmiyyətinin nümayəndələri Azərbaycan incəsənətinə aid kitab, broşür, milli geyim nümunələri və Azərbaycan mətbəxinə aid şirniyyatları festival iştirakçılarına təqdim ediblər. "Cırtdan" uşaq yaradıcılıq qurupunun hazırladığı Azərbaycan nağıllarından parçalar və rəqslər qonaqlara xüsusi zövq verib. Festivalın sonunda "Cırtdan" uşaq yaradıcılıq qrupuna festival təşkilatçıları adından hədiyyələr təqdim edilib. Azərbaycan rəqsləri şənliyə xüsusi gözəlik verib.
Ümumiyyətlə, mədəniyyət festivalında Azərbaycan guşəsi iştirakçıların xüsusi marağına səbəb olub.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info