Azərbaycanın Respublika Günü İsraildə qeyd edilib
Tarix: 26.05.2014 | Saat: 22:22:00 | E-mail | Çapa göndər


İsrailin Netaniya şəhərinin mədəniyyət sarayında Azərbaycanın Respublika Gününə həsr olunmuş bayram konserti keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, tədbir iki ölkə arasında mədəni və dostluq münasibətlərinin möhkəmlənməsi istiqamətində fəaliyyət göstərən Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası - "Azİz" tərəfindən təşkil edilib. "Azİz" nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman tədbiri giriş sözü ilə açaraq Respublika Gününün tarixi haqqında qısa məlumat verib: "1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Respublikası müsəlman şərqində ilk demokratik respublika olub. Bu respublikanın parlamentində Azərbaycanda yaşayan bütün xalqlar və millətlər proporsional şəkildə təmsil olunmuşdu. Antisemitizmin çiçəkləndiyi bəzi ölkələrin fonunda Azərbaycanda yəhudi millətindən olan nazirlər vardı, parlamentdə sionist partiyası da təmsil olunurdu. Azərbaycan Demokratik Respublikasının cəmi iki il mövcud olmasına baxmayaraq, o, Azərbaycan xalqına azadlığı hiss etmək imkanı verdi. 70 il sonra - 1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən qaytardı və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan uzun illər öncə əsası qoyulmuş bərabərlik, tolerantlıq, demokratiya ənənələrini davam etdirir".
Bayram konsertində populyar duet "Bakı-Moskva" - Fərid Aloni və Sofi Liberman, şou balet qrupu, di-cey İsak çıxış ediblər. Bir vaxtlar Flora Kərimovanın ifasında məşhur olan "Sənsiz günlər" mahnısını konsert iştirakçıları alqışlarla qarşılayıb. Yəhudi şair Şaul Siman Tav mahnının sözlərini ivrit dilinə tərcümə edib və əsər konsertdə ivrit dilində səslənib.
Gənc azərbaycanlı müğənni Elvin Babazadənin çıxışı da alqışlarla qarşılanıb. O, Azərbaycan, rus, türk, yunan və ivrit dillərində mahnılar oxuyub.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
“Xətai” stansiyası sentyabrın 27-dən təmir işləri ilə əlaqədar bağlanır
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info