Avropada seçkilərdə millətçilər qələbə çaldı
Tarix: 26.05.2014 | Saat: 22:31:00 | E-mail | Çapa göndər


Avropa Parlamentinə seçkilərin nəticələri ultrasağların, millətçilərin təntənəsini göstərir

Avropa parlamentinə keçirilmiş seçkilərin nəticələrinə yekun vurulmaq üzrədir. Ötən bazar günü Avropa ölkələrində - Almaniyada, Fransada, İtaliyada, İspaniyada və Avropa Birliyinə daxil olan digər ölkələrdə seçki keçirilib. “Exit-poll”un nəticələrinə görə, ultrasağlar və avroskeptiklər seçkilərdə öz mövqelərini ciddi şəkildə gücləndiriblər. Fransadakı seçkilərin nəticələri isə xüsusilə diqqət çəkir. Orada Marin Le Penin başçılığı altında “Milli cəbhə” adlı sağ cinahlı partiya inamlı qələbə qazanıb. “Ipsos” tədqiqat institutunun keçirdiyi “exit-poll”un nəticələrinə görə, “Milli cəbhə” səslərin 25 faizini toplayıb. İkinci yeri isə “Xalq hərəkatına dəstək” birliyi qazanıb. Bu birlik 20 faiz səslə ikincidir. Hakim Sosialist Partiyası isə 14 faiz səslə üçüncü yerdə gəlir.
Almaniyada isə lider mövqeyi Angela Merkelin hakim alyansı qoruyub saxlayır. Bu alyans seçicilərin 36 faizinin səslərini qazanıb. Bununla bərabər, “avroskeptiklər”in yeni partiyası olan “Almaniya üçün alternativ” də Avropa Parlamentinə 6,5 faizlə seçilir.
Böyük Britaniyada Müstəqillik Partiyası Avropa Parlamentinə seçilməkdə hakim koalisiyanı qabaqlayıb. Təxmini hesablamalara görə, o, seçicilərin 29, hakim konservatorlar isə 25 faizinin səsini toplayıb.
Sağ millətçi “Azadlıq” Partiyası isə Avstriyada öz mövqeyini nəzərəçarpacaq dərəcədə gücləndirib. Avstriyadakı seçkilərdə o, 20,5 faiz səslə özünün Avropa Parlamentindəki mövcudluğunu ikiqat artıra bilib – iki nəfərlik təmsilçilikdən dörd nəfərlik təmsilçiliyə nail olub.
Avropa Parlamentinin mətbuat xidmətinin açıqladığı təxmini hesablamalara görə, xalq partiyaları qrupu parlamentdə 212 yer alacaq, əvvəlkinə nisbətən 62 yeri itirmiş olacaq. Sosialistər qrupu 186 (10 yer itirir) yer saxlaya bilərlər. Liberal partiyalar qrupu 70 (13 yer itirir), “yaşıllar” qrupu 55(2 yer itirir), birləşmiş “sollar” qrupu 44 (19 yer daha artıq), Avropa konservatorları və islahatçıları 43 (14 yer itirir), “Avropa azadlıq və demokratiya uğrunda” qrupu 36(l 5 daha artıq) yer əldə ediblər.
Bundan başqa, Avropa Parlamentinə əvvəlcədən heç bir siyasi qrupa daxil olmayan 38 deputat da seçilir. 67 deputat isə ilk dəfə seçilir və onların heç bir siyasi qrupa simpatiyası yoxdur.
Seçicilərin seçkidə iştirak faizi isə 43,11 faiz olub.
Qeyd edək ki, Qərb KİV-i Avropada keçirilmiş sözügedən seçkilərin qitədə siyasi ab-havanı və tendensiyaları dəyişməkdə olduğunu yazırlar. Bu barədə “Atlantico” nəşri Fransada vəd etdiyi triumfu qazanan “Milli cəbhə”nin lideri İv-Mari Kannın müsahibəsini dərc edib. Fransada keçirilmiş seçkidə qələbə qazanan “Milli cəbhə”nin lideri qələbələrini şərh edərkən deyib ki, bu zəfər onların mövqelərinin olduqca güclü olduğunu göstərir: “Birinci növbədə bu, hakim Sosialist Partiyasına və xalq hərəkatı birliyinə zərbədir. “Milli cəbhə” ilk dəfə olaraq seçkilərdə 20 faizdən artıq səs qazanır. Burada söhbət daha çox səslərin çoxalmasından yox, onların faiz payından gedir”. Xanım lider hakim Sosialist Partiyasının Fransadakı seçkidə üçüncü olmasını onun iflası ilə əlaqələndirib. O, qeyd edib ki, bu partiyaya görə fransızlar çox qurbanlara getməli olublar, amma bu, nə iqtisadi, nə də ictimai sferada heç bir nəticə verməyib.
Əlavə edək ki, sözügedən seçkilərin nəticələri Avropada yaşayan sosial-iqtisadi və bundan irəli gələn dərin siyasi-ideoloji böhranı tam çılpaqlığı ilə bir daha açıq göstərir. Belə ki, Avropada cəmiyyətlərin, insanların dərin sosial-iqtisadi təlatümlərdən millətçi əhvali-ruhiyyəyə, ekstremizm və hətta faşizmə meyillənməsi yeni dövrdə də təkrarlanmaqdadır. Bu isə həm də digər cəmiyyətlərə irad tutan, öz dəyərlərini diktə edən Avropa siyasi təsisatlarının artq radikal, millətçi əhvali-ruhiyyəyə, faşizmə uğramasına sübutdur... Bu isə demokratiyanın tam əksi deməkdir...

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Moskvada Azərbaycanın Rusiyadakı səfirinin Çeçenistanın məsul nümayəndələri ilə görüşü olub
19.02.2019
YAP Pirallahı rayon təşkilatı sədrinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə dair hesabatı
19.02.2019
İqtidarın qazandığı hər bir uğur müxalifətin siyasi iflasını sürətləndirir
19.02.2019
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri təyin edildi - səfir vəzifəsindən geri çağırıldı
18.02.2019
İbrahim Öztek: “Xocalı soyqırımı nankor bir cəmiyyətin xəyanətkar hücumunun son halqasıdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info