Növbədə olan əlillərin avtomobillə tam təminatı başa çatdırıldı
Tarix: 26.05.2014 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 01 yanvar 2014-cü il tarixədək xüsusi nəqliyyat vasitəsi ilə təmin edilmək üçün növbədə olan daha 157 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinə “Naz-Lifan” markalı minik avtomobillərini təqdim edib.
Avtomobillərin təqdim olunması mərasimində vurğulanıb ki, Prezident İlham Əliyevin 23 dekabr 2013-cü il tarixli sərəncamı nazirlik tərəfindən qısa müddət ərzində icra olunub. Sərəncamla dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5,0 (beş) milyon manat əlavə vəsait ayrılıb. Bu vəsait hesabına cari ilin əvvəlinədək növbəyə durmuş 657 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin dövlət tərəfindən pulsuz xüsusi avtonəqliyyatla tam təminatı son iki ay ərzində başa çatdırılıb.
Prezidentinin ötən ay imzaladığı “1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı bu kateqoriyalardan olan əlillərin də xüsusi nəqliyyat vasitələri ilə təminatında yeni mühüm irəliləyişə təminat verir. Sərəncama əsasən, xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında 2014-cü ilin əvvəlinədək növbəyə durmuş bu kateqoriyalardan olan şəxslərin də dövlət tərəfindən avtonəqliyyatla tam təminatı həyata keçiriləcək. Artıq nazirlik tərəfindən bununla bağlı müvafiq işlər aparılır. Gələn aydan həmin şəxslərə də avtomobillərin verilməsinə başlanacaq və bu proses də bir neçə ay ərzində yekunlaşacaq.
Tədbirdə əlilliyi olan şəxslər onlara dövlət qayğısının artırılması, onların minik avtomobilləri ilə tam təmin olunması məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin son vaxtlarda bir-birinin ardınca imzaladığı fərman və sərəncamlardan razılıqlarını ifadə ediblər. Çıxış edənlər bu sənədlərin son 10 ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan məqsədyönlü siyasətin uğurlu davamı olduğunu vurğulayıblar. Onlar hər bir vətəndaşın, o cümlədən hər bir əlilliyi olan şəxsin rifah halının yüksəldilməsini daim diqqət mərkəzində saxlayan dövlət başçımıza minnətdarlıqlarını bildiriblər.
İlkin




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info