Bu qadağalar təyyarədə aradan qaldırıldı
Tarix: 27.05.2014 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


Kanada hökuməti təyyarələrin qalxması və enməsi zamanı mobil telefon, noutbuk, oyun konsolları və planşet kompüterlər kimi istənilən elektron qurğulardan istifadəyə qoyulan qadağanın ləğv edilməsi barədə qərar qəbul edib. Bu barədə ölkənin nəqliyyat naziri Liza Reytt deyib.
“Bu, sərnişinlər üçün yaxşı xəbərdir. İndi onlar təyyarəyə minməzdən əvvəl, məsələn, yarımçıq qalmış yazışmanı tamamlaya, sərnişinlərin uşaqları isə bütün uçuş boyu oyunlar oynamaqda davam edə biləcəklər”, - o qeyd edib.
Nazirlik təmsilçisi vurğulayıb ki, bununla belə, qəbuledici və ötürücü cihazlarla təchiz edilən bütün elektronika təyyarənin qalxması və enməsi vaxtı xüsusi uçuş rejiminə keçirilməlidir. Beləliklə, hava gəmisi göyərtələrində uçuşun bu müddəti ərzində mobil internetdən istifadəyə qadağa hələ də qüvvəsində qalır.
L.Reytt onu da əlavə edib ki, qüvvədə olan qadağanın ləğvi Kanada aviasənayesi üçün faydalı olacaq, çünki bundan əvvəl ABŞ və Avropa İttifaqının tənzimləyici orqanları tərəfindən müvafiq qərarlar qəbul olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
09.12.2018
Tacikistanda dördəm uşaqlar doğulub
06.12.2018
Bolqarıstan pasportu dünyanın ən nüfuzlu pasportlarının ilk onluğundadır
05.12.2018
“Chanel“ daha timsah dərisindən istifadə etməyəcək
04.12.2018
Malayziyada internet-polisin yaradılması planlaşdırılır
03.12.2018
Azərbaycanda boş qalan evdə insanın yaşadığı təəssüratını yaradan cihaz istehsal edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info