Ötən il hər beşinci kompüter virusa yoluxub
Tarix: 27.05.2014 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


“Microsoft” korporasiyası ötən il “Windows” əməliyyat sisteminin idarəetməsi ilə işləyən kompüterləri yoluxduran virus təhlükələri barədə informasiyanı dərc edib. Bu məlumatlar “Windows 8” üçün “Microsoft Security Essentials” və “Windows Defender” proqramlarının statistikasına əsasən tərtib olunub.
Şirkət ekspertləri bildiriblər ki, 2013-cü ildə kompüterlərin 21,44 faizində virus təhlükəsi aşkar olunub, lakin bu göstərici ölkələrə görə ciddi fərqlənir. Belə ki, Pakistanda antivirus məhsulları fərdi kompüterlərin yarısında təhlükələr aşkarlayıb.
ABŞ korporasiyası, həmçinin ötən ilin dördüncü rübünə dair statistikanı ayrıca təqdim edib. Bu məlumatlara görə, 2013-cü ilin sonunda hücuma məruz qalan qurğuların sayına görə lider 49,5 faiz qurğu ilə Tunis olub.
“Bəziləri dünyada bu sahələrdə ən çox təhlükələrin aşkar olunduğunu əsas gətirərək burada daha çox yoluxan qurğuların olmasını düşünə bilər. Lakin təhlükə aşkar olunanda yoluxma mütləq baş verir. Çünki zərərli proqramın qurğunu yoluxdurmaq cəhdi bir neçə mühafizə sistemləri tərəfindən blok edilə bilər”, - korporasiya nümayəndələri qeyd edib.
Kompüterin təhlükəsizliyinin təmini üçün istifadəçilərə vaxtında proqram təminatını, o cümlədən əməliyyat sistemini yeniləmək tövsiyə olunur. Bundan başqa, internet və poçtla işləyən zaman ehtiyatlı olmaq lazımdır. Belə ki, etibarsız mənbələrdən istinadları açmaq və sənədləri yükləmək məsləhət görülmür.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihə
17.01.2019
Energetika Nazirliyi Serbiya Prezidentinin Rusiya mətbuatına açıqlamasına münasibət bildirib
17.01.2019
Özəl televiziyalara birdəfəlik maliyyə yardımı ayrılıb
17.01.2019
Neftçalada Regional Forum keçirilib
17.01.2019
DGK dövlət büdcəsinə 3,5 milyard manatadək vəsait köçürüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info