Aydın Əliyev: “Vahid postlar hələlik ideyadır”
Tarix: 27.05.2014 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


“Sərhədyanı ölkələrlə vahid gömrük postlarının yaradılması ideyası göründüyü kimi sadə deyil”. Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
DGK sədri bildirib ki, belə cəhdlər artıq əvvəlki illərdə görülüb, lakin hələlik belə layihələr öz tətbiqini tapmayıb.
Onun sözlərinə görə, yurisdiksiya məsələsi başlıca problem olaraq qalır: "Bu gün neytral ərazilər anlayışı qəbul edilmir və bütün torpaqlar bu və ya digər dövlətə məxsusdur. Bundan əlavə, gömrük rejimi, yaxud sənədlərin rəsmiləşdirilməsində pozuntu baş verdikdə dərhal pozuntu faktının araşdırılmasının kimin səlahiyyətinə aid olacağı, hansı normativlərdən istifadə olunacağı və bir çox digər məsələlər ortaya çıxır. Vahid postlar hələlik ideyadır və hazırda onun reallaşdırılması haqqında danışmaq çətindir".
Azərbaycan və Gürcüstan bu istiqamətdə müəyyən iş aparır. Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti İnformasiya Texnologiyaları Mərkəzinin (vergi və gömrük orqanının funksiyalarını birləşdirən idarə) rəhbəri Vaxtanq Laşkaradzenin sözlərinə görə, fevralın sonunda "Siteli xidi" ("Qırmızı körpü") [Azərbaycan tərəfdə - "Sınıq körpü" GKM] gömrük-buraxılış məntəqəsində iki ölkənin gömrük orqanları arasında idxal-ixrac haqqında məlumat mübadiləsi sisteminin pilot layihəsi işə salınıb.
Elə orada vahid gömrük postunun yaradılmasının pilot layihəsi həyat keçirilib.
Laşkaradzenin qeyd etdiyi kimi, bəzi xırda problemlərə baxmayaraq, bu nümunə layihənin işə salınması onun effektivliyini və perspektivliliyini göstərdi: "Gələcəkdə sərhədi keçən yüklər haqqında informasiyanın vahid işlənməsi və perspektivdə isə vahid gömrük məntəqələri ölkələrimiz arasındakı bütün gömrük sərhədi üzrə reallaşdırılacaq".
Onun sözlərinə görə, məlumat mübadiləsi haqqında sazişə artıq bu il, təxminən sentyabrda nail olunacaq.
Azərbaycan və Gürcüstan arasında Balakən və Tovuz gömrük idarələrinin tabeliyində olan altı gömrük postu var. Bunlar "Sadıxlı", "Sınıq Körpü", "Candargel", "Mazımçay", "Muğanlı" avtomobil postları və "Böyük Kəsik" dəmir yoludur.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Azərbaycanda əmək pensiyalarının hesablanması qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik edilir
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info