Mexikoda 28 May - Respublika günü münasibətilə rəsmi qəbul
Tarix: 27.05.2014 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyi tərəfindən 28 May - Respublika günü münasibətilə Mexikoda “St. Regis” otelində rəsmi qəbul keçirilib. Səfirlikdən verilən xəbərə görə, tədbirdə Meksika Senatı və Deputatlar Palatasının rəhbər heyəti, XİN və digər dövlət qurumlarının təmsilçiləri, ölkə ictimaiyyətinin tanınmış nümayəndələri, Mexikoda akkreditə edilmiş diplomatik nümayəndəliklərin təmsilçiləri, ölkədə yaşayan yəhudi icmasının üzvləri və tanınmış elm və mədəniyyət xadimləri də daxil olmaqla, cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan səfir İlqar Muxtarov Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və onun Şərqin ilk demokratik respublikası olaraq dünya dövlətçilik tarixinə töhfələrindən danışıb.
Sonra tədbir Meksikada yaşayan həmyerlilərimiz – Meksika Ştat Simfonik Orkestrinin azərbaycanlı üzvləri tərəfindən dahi Azərbaycan bəstəkarları Ü. Hacıbəyli, Q. Qarayev, F. Əmirovun, habelə tanınmış Avropa bəstəkarlarının repertuarına aid klassik musiqi parçalarından ibarət konsert proqramı ilə davam edib.
Qəbulda Azərbaycanın müasir və tarixi mənzərəsini əks etdirən fotoşəkillər sərgilənib, Azərbaycanın milli mətbəx nümunələrindən ibarət ziyafət verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info