Ukrayna Suriyaya çevrilir?
Tarix: 27.05.2014 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


Mayın 27-nə keçən gecə Rusiya ərazisindən içərisində silahlı insanların olduğu yük avtomobilləri, minik avtomobilləri və mikroavtobuslardan ibarət karvan Ukraynanın dövlət sərhədini pozaraq bu ölkə ərazisinə daxil olub. UNİAN agentliyinin verdiyi xəbərə görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Dövlət Sərhəd Xidmətindən bildiriblər ki, gecə saat 03.40-da karvan dövlət sərhədini keçib. Ukrayna sərhədçiləri onları atəşlə qarşılayıb və döyüş başlayıb. Buna baxmayaraq, pozucuların bir hissəsi Luqansk vilayətinin Antrasit rayonu istiqamətində Ukraynanın içərilərinə daxil ola biliblər. Sərhədçilər 1 mikroavtobus və 2 minik avtomobilini ələ keçiriblər. Avtomobillər “Kalaşnikov” avtomatları, RPQ (tank əleyhinə qumbara) və partlayıcı maddələrlə dolu olub.
Bu olaydan əvvəl Ukrayna Dövlət Sərhəd Xidməti Donetsk vilayətindəki “Dmitrovka” sərhəd zastavasının əks tərəfində (Rusiya ərazisində) silahlı adamlarla dolu 40 “Kamaz” avtomobilinin cəmləşdiyi haqda məlumat yayıb.
Qeyd edək ki, Ukraynanın şərqində fəaliyyət göstərən silahlı separatçı qrupların tərkibində xeyli sayda Rusiya vətəndaşının olduğu bildirilir. Hətta onların arasında Ramzan Kadırovun göndərdiyi çeçenlərin də olduğu barədə məlumatlar var. Qeyd edək ki, bir müddət öncə Avropada bir neçə siyasi şərhçi belə davam edəcəyi halda, Rusiyadan döyüşçülərin gizli yolla Ukraynaya keçəcəyi halda “Suriya bataqlığı”nın Avropanın özündə də yaranacağını proqnozlaşdırıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info