BANM və Leoben Montan Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
Tarix: 27.05.2014 | Saat: 17:01:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyada səfərdə olub. Məktəbdən verilən məlumata görə, nümayəndə heyəti Avstriya Parlamentinin (Milli Şura) deputatı, Elm komitəsinin sədri Andreas Karlsbök ilə görüş keçirib. Görüşdə iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlıq sahəsində artıq bir sıra mühüm addımların atıldığı bildirilib, diplomların qarşılıqlı tanınması haqda müqavilənin imzalanması və uğurla həyata keçirilməsi məmnunluqla qeyd edilib və elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Komitə sədri Azərbaycana səfərə dəvət olunub.
Qeyd olunub ki, səfərin əsas məqsədi Leoben Montan (Dağ-Mədən) Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Komitə sədri iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinin Avstriya üçün vacib olduğunu qeyd edib, bu sahələrin iki ölkə arasında körpü olacağını və bu sahədə daha çox uğurlu addımlar atılacağına inandığını bildirib.
ARDNŞ-nin nümayəndə heyətinin Leoben Montana Universitetində universitetin rəhbərliyi, o cümlədən universitetin Ali Elm Şurasının üzvləri ilə də görüşü olub.
Universitetin rektoru Vilfrid Ayxlseder alii təhsil ocaqları arasında səmərəli əməkdaşlıq qurulacağına ümidvar olduğunu bildirib. Leoben Universitetinin aparıcı professorları, xüsusilə Qazma və neft-qaz mühəndisliyi departamentinin rəhbəri Qerhard Tonhauzer, Avtomatika departamentinin rəhbəri professor Paul O`Leary və digərləri rəhbərlik etdikləri sahələr üzrə təqdimatlarla çıxış ediblər.
ARDNŞ-nin Avstriyadakı nümayəndəliyinin Leoben Universiteti ilə il yarımdan artıq müddət ərzində apardığı yazışma və danışıqlar, habelə birbaşa BANM ilə universitet arasında qurduğu əlaqələrin və münasibətlərin uğurla aparılması və hazırkı danışıqların çox yüksək səviyyədə aparılması nəticəsində hər iki təhsil ocağı arasında Anlaşma Memorandumu imzalanıb. Bu memorandumun əsasında əməkdaşlığın müvafiq formada qurulması üçün, xüsusilə tələbə mübadiləsi, BANM-ın müəllim və professor heyəti üçün təkmilləşmə kursları, tələbələrin yay tədris kurslarına cəlb olunması, əsasən də məzunlara ikili diplomların verilməsi, xüsusilə Avtomatik fakültəsinin Leoben Universiteti tərəfindən qurulması kimi mühüm fəaliyyəti təşkil etmək məqsədilə əsasında yaxın gələcəkdə əsaslı müqavilənin imzalanacağına dair ilkin razılaşma əldə olunub.
Görüşlərdə ARDNŞ-in Avstriyadakı nümayəndəliyinin başçısı Gülmirzə Cavadov və BANM-ın prorektorları professor Ramiz Hümbətov və Rəşad Həsənov, habelə digər əməkdaşları iştirak edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info