Bakı 2015 Olimpiya oyunları üçün 24 mindən çox sorğu blankı elektronlaşdırılıb
Tarix: 27.05.2014 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu (AzGF) və Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin birgə dəstəyi ilə Bakı və regionların təhsil müəssisələrinin tələbələri arasında bu möhtəşəm idman tədbiri ilə bağlı keçirilən rəy sorğusunun ilkin nəticələri bəlli olub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə 105 min tələbə-gəncin iştirak etdiyi sorğuda 24 182 sorğu blankı elektronlaşdırılıb. Onlardan 12 472 nəfəri kişi, 11 714-ü isə qadındır. 4048 nəfər 18 yaş, 6005 nəfər 19 yaş, 9612 nəfər 20 yaş, 2483 nəfəri isə 21 yaş həddindədir.
Tələbələrdən 13 584-ü Bakı 2015 Avropa Oyunlarında könüllü qismində iştirak etmək istəyində olduğunu bildirib ki, onlardan 6703-ü kişi, 6881-i isə qadınlardır.
Bu günə olan statistikaya görə, sorğuda iştirak etmiş tələbə-gənclər arasında Avropa Oyunlarına daxil bu və ya digər idman növləri üzrə kişilər arasında 3941 nəfər güləşə, 3812 nəfər boksa, 3437 nəfər isə cüdoya azarkeşlik etmək istədiyini bildirib.
Statistikaya əsasən, ən çox azarkeşlik edilən idman növləri aşağıdakılardır:
Voleybol - 9191 nəfər
Su idmanı növləri - 6555 nəfər
Bədii gimnastika - 6059 nəfər
Velosiped idmanı - 5485 nəfər
Qadınlar arasında isə 6059 nəfər voleybola, 4379 nəfər bədii gimnastikaya, 3646 nəfər isə su idmanı növlərinə azarkeşlik etmək istədiyini bildirib. Sorğuda iştirak etmiş respondentlərə bir neçə idman növünü seçmək imkanı verilib.
Bu il mayın 7-dən başlanmış sorğu və toplanmış anketlərin elektronlaşdırılması prosesi bu həftə ərzində yekunlaşacaq.
Qeyd edək ki, elektronlaşdırılmış bütün sorğu anketləri vahid məlumat bazasında toplanılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info