Rusiya T-90S tanklarının yeni partiyasını Bakıya bu ilin avqustunda göndərəcək
Tarix: 27.05.2014 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


Azərbaycanın Rusiyaya sifariş verdiyi T-90S əsas döyüş tanklarının yeni partiyası avqust ayında Bakıya göndəriləcək. Bu barədə Qazaxıstanın paytaxtı Astanada keçirilmiş KADEX-2014 beynəlxalq müdafiə sərgisində iştirak edən Rusiyanın «Uralvaqonzavod» Konsernindən (UVZ) məlumat verilib. Avqustda Azərbaycana yola salınacaq partiyaya 30 ədəd T-90S tankı daxildir. Tanklar UVZ mütəxəssislərinin iştirakı ilə qəbul testlərindən keçiriləcək.
Bir neçə gün əvvəl mətbuatda UVZ-nin Azərbaycana əlavə olaraq 100 T-90S tankı satacağına dair yayılan məlumata aydınlıq gətirən şirkət nümayəndələrinin sözlərinə görə, burada söhbət 2012-ci ildə tərəflər arasında imzalanmış 100 ədəd T-90S tankının alğı-satqısına dair müqavilədən gedir. Müqavilə üzrə sifarişin ilk hissəsi 2013-cü ilin əvvəlində Bakıya göndərilib. Qalan hissə isə qrafikə uyğun davam etdirilir. «Burada söhbət əlavə sifarişdən getmir. Hazırda mövcud sifariş icra olunur. Eyni zamanda yeni məhsullarla bağlı danışıqlar davam etdirilir. Azərbaycan hazırda UVZ-nin ən böyük sifarişçisidir», - deyə şirkətdən bildirilib.
Hazırda Azərbaycan Müdafiə Nazirliyi ilə UVZ arasında T-90SM tanklarının alğı-satqısı məsələsi də aparılan müzakirələrdə yer alır. Lakin bununla bağlı konkret müqavilə mövcud deyil.
Qeyd edək ki, Azərbaycanın Rusiyadan aldığı T-90S tankları ötən il Bakıda keçirilən hərbi parada nümayiş etdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info