ABŞ-da Azərbaycanla bağlı Bəyannamə imzalandı
Tarix: 27.05.2014 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


ABŞ-ın Nyu Meksiko ştatının qubernatoru Susana Martinezin imzaladığı Bəyannamə ilə 28 may 2014-cü il tarixi Nyu Meksiko ştatının bütün ərazisində “Azərbaycan Milli Günü” elan edilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən xəbərə görə, Bəyannamədə qubernator bildirib ki, 1918-ci ilin 28 may tarixində müsəlman dünyasında ilk demokratik və dünyəvi respublika olan Azərbaycan Demokratik Respublikası yaradılıb və bu dövlət digər demokratik dövlətlər, o cümlədən ABŞ tərəfindən tanınıb. Qeyd olunur ki, qısa ömür sürməsinə baxmayaraq, ADR irqindən, cinsindən, etnik kimliyindən və ya dinindən asılı olmayaraq bütün vətəndaşlara səsvermə hüququ verib və müsəlman dünyasında qadınlara kişilərlə bərabər siyasi hüquqlar verən ilk dövlət olub: “Müstəqilliyinin bərpasından keçən son iki onillik ərzində Azərbaycan öz suverenliyini və müstəqilliyini möhkəmləndirib və olduqca mühüm Xəzər bölgəsində ABŞ-ın güclü müttəfiqinə və strateji tərəfdaşına çevrilib”.
Sonda hər il bütün dünyada milyonlarla azərbaycanlının 28 may tarixini milli gün kimi qeyd etdiyini vurğulayan qubernator bu tarixi Nyu Meksiko ştatının bütün ərazisində “Azərbaycan Milli Günü” elan edib və bütün ştat sakinlərini bu günü qeyd etməyə çağırıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Baronessa Emma Nikolson: Azərbaycan-Böyük Britaniya əlaqələri yüksək səviyyədədir
24.05.2019
“Bu gün Azərbaycan reallıqları belədir ki, ölkəmiz inamla, nikbinliklə irəliyə gedir, nikbinliklə yaşayır”
24.05.2019
“Bu gün Azərbaycan dünya miqyasında dinlərarası dialoqun aparılması üçün bir mərkəzə çevrilib”
24.05.2019
“Hörmətli Şeyx həzrətləri xalq və dövlət qarşısında böyük xidmətlər göstərir”
24.05.2019
Sevinc Fətəliyeva: Azərbaycana qarşı qərəzli yanaşmalar uğursuzluğa məhkumdur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info