“The Korea Herald” qəzeti bir səhifəsini bütünlüklə Azərbaycana həsr edib
Tarix: 27.05.2014 | Saat: 19:17:00 | E-mail | Çapa göndər


Koreya Respublikasının nüfuzlu “The Korea Herald” qəzetinin 27 may tarixli sayında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun müsahibəsinə, o cümlədən “Azərbaycan - qədim odlar yurdu” və “Azərbaycan Respublika Gününü qeyd edir” adlı məqalələrə yer verilib. Bu barədə Azərbaycanın Koreyada Respublikasındakı səfirliyindən məlumat verilib. E. Məmmədyarovun müsahibəsi Azərbaycanın geostrateji mövqeyi və Şərqlə Qərb arasında körpü rolunu oynaması, son 10 il ərzində ölkədə iqtisadi sahədə əldə olunmuş nailiyyətlər, Dağlıq Qarabağ münaqişəsi və son 5 ildə Azərbaycan-Koreya münasibətlərinin inkişaf tempi kimi məsələləri əhatə edib. Dağlıq Qarabağ münaqişəsi barədə danışan nazir Azərbaycanın sülhün bərqərar olması istiqamətində göstərdiyi səylərə baxmayaraq, Ermənistanın öz təcavüzkar siyasətini davam etdirməsi və beynəlxalq hüququn əsas prinsiplərinə hörmətsizlik etməsi səbəbindən münaqişənin uzunmüddətli həllinə nail olunmadığını bildirib. O, Azərbaycanın Koreya ilə münasibətlərə böyük əhəmiyyət verdiyini, bu münasibətlərin ildən-ilə daha da genişləndiyini, son illər ərzində hər iki ölkənin parlamentləri və müdafiə sahəsinə cavabdeh qurumları arasında əməkdaşlığın daha da intensivləşdiyini nəzərə çatdırıb. “Azərbaycan - qədim odlar yurdu” adlı məqalədə Azərbaycanın qədim tarixi, mədəniyyəti və təbiəti barədə məlumatlara yer verilib, ölkənin öz rəngarəngliyi ilə seçildiyi qeyd olunub. “Azərbaycan Respublika Gününü qeyd edir” başlıqlı məqalədə isə 1918-1920-ci illərdə Şərqdə ilk demokratik dövlət qurmuş Azərbaycanın həmin dövrlərdə əldə etdiyi nailiyyətlər, ADR tərəfindən həyata keçirilmiş islahatlar, habelə ADR-in varisi olan müasir Azərbaycanın son illər ərzində beynəlxalq miqyasda artan nüfuzu barədə məlumatlar əksini tapıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır
19.04.2019
PA rəsmisi: “Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib”
19.04.2019
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19.04.2019
AXCP böhtanlara görə ReAl-dan niyə üzr istəmədi?
19.04.2019
Deputat: “Bu fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına böyük ümid yaradır”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info