Şura 2014-cü ilin II qrant müsabiqəsinin nəticələrini elan edib
Tarix: 27.05.2014 | Saat: 20:32:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Gündəlikdə duran məsələlər haqqında məlumat verən Şura sədri Azay Quliyev rəhbərlik etdiyi qurumun 2014-cü ilin II qrant müsabiqəsi üzrə 3 mövzu təqdim etdiyini deyib. Bunlar 2014-cü il bələdiyyə seçkiləri ilə bağlı seçicilərin maarifləndirilməsi və seçkilərin monitorinqi; Mənəvi və əxlaqi dəyərlərin təbliği; İctimai və sosial sahədə innovativ təşəbbüslərin dəstəklənməsidir. Azay Quliyev hər 3 mövzunun aktual olduğunu bildirərək Şura tərəfindən maliyyələşdiriləcək layihələrin cəmiyyətə faydalı olacağını vurğulayıb. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2014-cü ilin II qrant müsabiqəsi üzrə bir layihə üçün maksimum məbləğin 10 min manat olduğunu bildirərək Şuranın elektron məlumat bazasına 253 layihənin daxil olduğunu qeyd edib. Bunlardan 1 ərizə təkrar göndərilmiş, 37 ərizə isə ilkin seleksiyadan keçməmişdir. 215 layihə isə Şuranın elektron resursları tərəfindən qəbul olunaraq ekspertizaya göndərilmişdir. Fərasət Qurbanov seleksiyadan keçməyən layihə sənədlərində dövlət reysterindən çıxarışın qanunvericiliyin tələblərinə uyğun olmaması, büdcənin təlimatda göstərilən qaydada tərtib edilməməsi və ərizəyə əlavə edilən sənədlərdə çatışmazlıqların mövcudluğu kimi qüsurların aşkarlandığını qeyd edib. F.Qurbanov müsabiqə müddətində 100-ə yaxın QHT-yə layihələrin Şuranın elektron bazasına göndərilmə qaydaları haqqında məlumatların verildiyini bildirib. Şura üzvləri Katibliyin arayışını və ekspertlərin rəylərini əsas götürərək maliyyələşdiriləcək layihələrlə bağlı qərar qəbul ediblər.
QHT-lərin müsabiqənin nəticələri ilə bağlı 30 may 2014-cü ilədək Şuranın Apelyasiya Komissiyasına müraciət etmək hüquqları var.
Müsabiqə qalibləri haqqında Şuranın www.cssn.gov.az, www.qhtxeber.az və www.e-qht.az internet saytlarından məlumat almaq olar.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Masallı rayonunda gənc könüllülərə sertifikatlar təqdim edilib
19.08.2019
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19.08.2019
Baş Prokurorluq, DİN və Vergilər Nazirliyi “Relaks” istirahət mərkəzi ilə bağlı birgə məlumat yaydı
19.08.2019
Rusiyada yaşayan məşhur vəkil Ələkbər Qarayev Kanal 5-in qonağı olub.
19.08.2019
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info