Quba “Tələbə baharı”nın mərkəzi olacaq
Tarix: 27.05.2014 | Saat: 21:34:00 | E-mail | Çapa göndər


Mayın 28-də saat 20.00-da Azərbaycanın dilbər guşələrindən olan Quba rayonunda “Yaşıl teatr” da “Tələbə baharı” Festivalının Qala konserti keçiriləcək.
Qeyd edək ki, 2-3 aprel tarixlərdə Festivalın seçim mərhələləri keçirilib və seçim turlarında 20-dən çox ali təhsil müəssisəsindən 200-dən çox tələbə müxtəlif nominasiylar üzrə öz istedadlarını ən mükəmməl şəkildə nümayiş etdiriblər.
Festivalın keçirilməsində məqsəd, tələbə-yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrinin tələbələri və orada fəaliyyət göstərən dərnəklər arasında tələbə mübadiləsini təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaqdır. Asudə vaxtın səmərəli təşkil edilməsi sahəsində səylərin gücləndirilməsi, yeni ünsiyyət və əlaqələrin formalaşdırılması da əsas istiqamətlərdən biridir.
2006-cı ildən bu günə kimi Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi “Tələbə baharı” festivalının iştirakçıları arasında 2009-cu ildə “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı fəxrlə təmsil edən və 3-cü yerin qalibi olan Aysel Teymurzadə, 2011-ci ildə “Eurovision” qalibiyyətini Azərbaycana bəxş edən Eldar Qasımov da olub.
Festivalda iştirak hər bir universitetin daxili qaydalarına əsasən keçirilmiş müsabiqənin nəticələrinə və yaxud istedadlı tələbələrin arzusuna əsasən müəyyən edilir. Festivalda ali təhsil müəssisələrinin tələbələri və magistrantları, yaradıcılıq kollektivləri fərdi və ya kollektiv şəkildə iştirak edə bilərlər.
Festivalın nominasiyaları aşağıdakılardır.
Musiqi üzrə
-pop musiqisi
-xalq mahnıları
-caz musiqisi
-klassik musiqi (vokal)
-estrada musiqisi


Rəqs üzrə -milli rəqslər (kollektiv)

-müasir rəqslər (kollektiv)
-bal rəqsləri

Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info