“Şərqdə ilk demokratik respublika” adlı elmi-praktik konfrans keçirilib
Tarix: 27.05.2014 | Saat: 21:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəzinin təşkilatçılığı ilə 28 May Respublika Gününə həsr olunan “Şərqdə ilk demokratik respublika” adlı elmi-praktik konfrans keçirilib.
Tədbiri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Beynəlxalq əməkdaşlıq və mədəni əlaqələr şöbəsinin müdiri Anar Quliyev açaraq, hər kəsi 28 May Respublika Günü münasibəti ilə təbrik etdi.
Sonra filologiya elmləri doktoru, professor Alxan Bayramoğlu AXC dövründə ədəbi fikrin əsas istiqamətləri haqqında çıxış etdi. Onun sözlərinə görə, həmin dövrün əsas hadisələri bədii ədəbiyyatda əksini tapıb: “Milli özünüdərk və mili mənlik şüurunun formalaşmasından doğan milli qürur və vətənpərvərlik dövrün aparıcı mövzularındandır. Eyni zamanda, düşmənin vəhşi əməllərindən xalqın öz milli şərəfini qorumasının vacibliyi üçün onun ulu keçmişinin şanlı səhifələrinin əzəmətindən doğan qürurun vəsfi də aparıcıdır”.
Tarix elmləri doktoru, dosent Atamoğlan Məmmədli AXC-Ermənistan əlaqələrindən danışdı: “Alman işğalçılarına arxalanan Daşnaqsütun 1918-ci il mayın 28-də Erməni Milli Şurası adlanan qurumda “müstəqil” Ermənistan Respublikasının yaradılması haqqında qərar qəbul etdi. Lakin, yaranmış bu qurum qondarma bir qurumdan başqa bir şey deyildi. Xəzinəsi boş, iqtisadi durumu, dövlətçilik və dinc quruculuq vərdişləri olmayan daşnaq liderləri öz fəaliyyətlərinə nədən və necə başlamaq lazım gəldiklərini bilmirdilər”.
A.Məmmədli qeyd etdi ki, AXC hakimiyyəti dövründə Ermənistan daşnaq hökuməti Azərbaycandan torpaq payları qopardı və yerli sivil əhaliyə qarşı soyqırımı siyasəti yeritdi.
Tarix üzrə fəlsəfə doktoru Boran Əziz isə bildirdi ki, AXC-nin qarşısında duran mühüm problemlərdən bir də qaçqınlar məsələsi olub: “Cümhuriyyət hökuməti kimi parlament də fəaliyyət göstərdiyi dövrdə dəfələrlə bu məsələni müzakirə edib, vəziyyətdən çıxış yolları axtarıb. Parlamentin bu məsələ ilə bağlı keçirdiyi çoxsaylı iclaslardan biri də 8 yanvar 1920-ci ildə olub. Sayca 115-ci olan bu iclasda “...qaçqınları cümhuriyyətin məskun köylərində yerləşdirmək və onlara toxumluq taxıl tədarükü üçün 21 milyon rüblə buraxılması” haqqında qanun layihəsinin müzakirəsi keçirilib”.
Konfransda tarix elmləri doktoru Vəfa Quliyeva, tarix elmləri doktoru, dosent Ələmdar Şahverdiyev, tarix üzrə fəlsəfə doktoru, dosent Nəsiman Yaqublu, tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Əliyev, İsaməddin Musayev, Yasir Hacıyev, eləcə də BDU-nun tələbələri Sevinc Şirinova və Leyla Cəfərova sıxış edərək, AXC-nin fəaliyyəti, Azərbaycanın dövlətçilik tarixində yeri və rolu haqda fikirlərini bildiriblər.
Konfransın sonunda çıxışçılara tezis və məqalələr toplusu, eyni zamanda hədiyyələr təqdim edilib.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Snayperçilərimiz ən çətin atışları icra edib
22.01.2019
Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildi
22.01.2019
Azərbaycan alternativ enerji üzrə bir sıra iri layihələr həyata keçirə bilər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
3 “Mənim güc mənbəyim Bakıdadır”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info