MTN-in Heydər Əliyev adına Akademiyasında tədbir
Tarix: 27.05.2014 | Saat: 22:05:00 | E-mail | Çapa göndər


Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında 28 May - Respublika Günü qeyd edilib.
MTN-in İctimai Əlaqələr Mərkəzindən verilən məlumata görə, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 28 May - Respublika Günü, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və torpaqlarının azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və dövlət himni səsləndirilib.
Mərasimi giriş sözü ilə açan akademiyanın rəis müavini, polkovnik Zakir Əliyev bildirib ki, azadlıq, müstəqillik, istiqlal - bunlar hər bir xalq, hər bir millət üçün yaranışdan ən böyük arzu, ən şirin nemət olub. Azərbaycan xalqı daim bu amallara sadiq olaraq, ağır məhrumiyyətlərə sinə gərib, saysız-hesabsız qurbanlar verib, lakin müqəddəs mübarizəsindən heç zaman dönməyib. Bu gün dünyada öz sözünü deyən güclü Azərbaycan dövləti və onun yenilməz iradəsi var.
Müasir Azərbaycan Respublikası öz tarixi kökləri ilə 96 il əvvəl - 1918-ci ilin 28 may tarixində müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinə birbaşa bağlıdır, onun varisi və davamçısıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sözləri ilə desək: "Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır".
Hər il Respublika Gününü sonsuz iftixar hissi ilə qeyd edən Azərbaycan vətəndaşları vətənpərvərlik hisslərini, milli dövlətimizin şərəfini uca tutduqlarını, ata və babalarımızın istiqlal amallarına sadiq olduqlarını nümayiş etdirirlər. İnamla deyə bilərik ki, bu gün təkcə Azərbaycan xalqının deyil, həm də bütün türk, İslam və Şərq dünyasının tarixinə qızıl hərflərlə yazılıb. Cəmisi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra da digər şərq xalqları, millətləri üçün əsl nümunə, örnək oldu. Cümhuriyyət qurucuları öz dövrlərini on illərlə qabaqlamış, demokratikləşmə, modernləşmə kimi mütərəqqi prinsipləri, meyarları rəhbər tutaraq, az qala bir əsr ərzində yadelli işğalı, çar mütləqiyyətinin zülmü altında qalmış bir ölkədə ictimai və fərdi azadlıq ab-havasını yarada biliblər.
Polkovnik Z.Əliyev qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının ictimai, siyasi, iqtisadi və mədəni həyatında böyük əhəmiyyətə malik olan müstəsna hadisə olmaqla yanaşı, tarixi inkişaf prosesinin qanunauyğun nəticəsi, milli qurtuluş uğrunda uzun və ağır mübarizənin məntiqi yekunu idi.
Mürəkkəb siyasi vəziyyətə, obyektiv çətinliklərə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlət atributlarının yaradılması istiqamətində mühüm addımlar atmış, Azərbaycan dilinə dövlət dili statusu vermiş, dövlət bayrağını qəbul etmişdir. Həmçinin, ordu quruculuğu istiqamətində böyük işlər görülüb. Azərbaycanın milli təhlükəsizlik orqanlarının tarixi də 1919-cu ili mart ayının 28-dən, Şərqin ilk demokratik dövlətinin Hərbi Nazirliyinin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradılmasından başlayır.
Təəssüflər olsun ki, işğal nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı. Xalqımızın düşünən beyinləri uzun illər repressiyalara məruz qaldı. Lakin tarixi yaddaşın silinməsi istiqamətində həyata keçirilən imperiya siyasəti belə azadlıqsevər xalqımızın müstəqillik arzularını söndürə bilmədi. Xalqımızın böyük oğlu, azərbaycançılıq ideyaları ilə silahlanmış Heydər Əliyevin hələ sovet dönəmindəki fəaliyyəti bu arzuların həyata keçirilməsi üçün zaman-zaman mükəmməl zəmin yaratdı. İndiki dövlət müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi də ulu öndər Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Əgər Heydər Əliyevin zəngin və müdrik dövlətçilik təcrübəsi olmasaydı, bu gün müstəqil Azərbaycan yaşaya, dünya birliyi dövlətləri sırasında öz layiqli yerini tuta bilməzdi. Məhz o böyük insan Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş bütün təhdidləri aradan qaldırdı, müstəqilliyimizi dönməz və əbədi etdi.
Bu gün ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyalarını mükəmməl surətdə həyata keçirən, ulu öndərin yaratdıqlarını daha da inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yorulmaz fəaliyyəti, məqsədyönlü, düşünülmüş və praqmatik siyasəti nəticəsində dövlət müstəqilliyimiz gündən-günə möhkəmlənir, Azərbaycan getdikcə daha da güclənir, artıq regionun liderinə çevrilib.
Akademiyanın dinləyicisi, leytenant İ.Əliyev, kursantlar E.Həsənzadə və T.Sadiqov da çıxış edərək 28 Mayın hər bir azərbaycanlı üçün milli iftixar günü olduğunu bildiriblər. Məruzəçilər Silahlı qüvvələrin Ali Baş Komandanının səyləri ilə ərazi bütövlüyümüz tezliklə təmin olunacağını və üçrəngli bayrağımızın işğaldan azad edilib torpaqlarımızda dalğalanacağını vurğulayaraq, Azərbaycanın daha da qüdrətlənməsi naminə müstəqilliyimizin gələcək təminatçıları olan gənclərin bundan sonra da dövlətimizin başçısı İlham Əliyevin ətrafında daha da sıx birləşəcəklərini bildiriblər.
Sonda sənədli film nümayiş etdirilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info