Səbailli gənclər Respublika gününü Daxili Qoşunların hərbi hissəsində qeyd etdilər
Tarix: 27.05.2014 | Saat: 22:28:00 | E-mail | Çapa göndər


Respublika günü ərəfəsində Səbail Rayon İcra Hakimiyyəti və rayonun sıx dostluq və əməkdaşlıq əlaqələri olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə birgə «N» saylı hərbi hissədə tədbir keçirilib. Səbail rayon rəhbərliyi və Daxili Qoşunlar Komandanlığının iştirakı ilə keçirilən tədbirdə rayon ictimaiyyəti, rayondakı ali məktəblərinin tələbələri, orta məktəblərin yuxarı sinif şagirdləri və Daxili Qoşunların şəxsi heyəti iştirak ediblər. Əvvəlcə qonaqlar Vətənimizin torpaqlarının qorunması və azad olunması uğrunda gedən döyüşlərdə həlak olmuş Daxili Qoşunların nümayəndələrin şərəfinə ucaldılmış abinə önünə çiçək dəstələri düzüblər. Sonra tələbə və şagirdlər, müəllimlər Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və Daxili Qoşunların Komandanının I müavini- qərargah rəisi, general-mayor Şirin Xəlilovun iştirakı ilə hərbi hissənin əsgər yataqxanasına və xidmət otaqlarına baxıblar. Daxili Qoşunların müxtəlif əməliyyatlarda istifadə etdiyi müasir silah və hərbi texnikalar, onların döyüşdə tətbiqi barədə məktəblilərə məlumat verilib, bu silahlardan istifadə qaydaları, əsgər və zabitlərin müxtəlif hava şəraitləri üçün nəzərdə tutulmuş geyimləri, xüsusi geyim və qorunma vasitələri nümayiş etdirib. Daha sonra xüsusi təyinatlı dəstə üzvləri tərəfindən bir sıra xüsusi əməliyyat səhnələri nümayiş etdirilib. Hərbi hissənin sıra meydanında keçirilən təntənəli toplantıda çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ilk öncə tədbir iştirakçılarını Respublika günü münasibəti ilə təbrik edib, ümummilli lider Heydər Əliyevin ölkəmizdə ordu quruculuğu işindəki əvəzsiz xidmətlərindən, ulu öndərin səyləri nəticəsində hələ sovetlər dönəmində respublikamızda peşəkar hərbiçilərin yetişdirilməsi məqsədi ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasından danışıb, bu gün ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Azərbaycan Ordusunun möhkəmlənməsi, müasir silah və texnika ilə təminatında görülən işlər barədə məlumat vermiş, bu kimi tədbirlərin gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığı, onların hərbi xidmətə hazırlığı işlərində mühüm əhəmiyyət kəsb etdiyi və Səbail rayonu ilə DİN Daxili Qoşunlar arasındakı dostluq əlaqələrinin daha da möhkəmləndiyi vurğulayıb. Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini Hüseyn Əsgərov da hərbi hissənin şəxsi heyətini və iştirakçıları Respublika günü münasibəti ilə təbrik edərək əsgərlərimizə xidmətdə uğurlar arzulayıb. Daxili Qoşunların Komandanının I müavini - qərargah rəisi, general-mayor Şirin Xəlilov tədbir iştirakçılarını əlamətdar bayram münasibəti ilə təbrik edib, Azərbaycan Ordusunun yaradılmasında Heydər Əliyevin böyük və əvəzsiz rolundan danışıb, Daxili Qoşunların inkişafı və bu qoşun növünün müasir silah və texnika ilə təminatı, şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ölkə başçısı İlham Əliyevin fəaliyyəti barədə məlumat verib. Şirin Xəlilov Vətəni sevməyi, dövlətimiz naminə gəncləri hər bir fədakarlıqlara hazır olmağı tövsiyə etdi. Xidmətdə fərqlənən əsgər və zabitlərin bir qrupu Səbail Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri ilə mükafatlandırılıb.
Rəsmi hissədən sonra qonaqlar və hərbi hissənin şəxsi heyəti üçün birgə nahar süfrəsi təşkil olunub. Sonda populyar incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təşkil olunub.

Nigar

















 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info